İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü il üçün Naxçıvan MR-in büdcəsinin gəlirləri və xərclərində dəyişikliklər edildi

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respblikasının qanunun layihəsini 3-cü oxunuşda təqdim edən komitə sədri Tahir Mirkişili bir sıra məsələlərə diqqət çəkdi. “Manat ifadəsində ən böyük büdcə kimi xarakterizə olunan 2023-ci ilin dövlət büdcəsi layihəsi təxminən bir aydan çoxdur ki, Milli Məclisin komitələrində və plenar iclaslarında ətraflı və geniş müzakirə edilməkdədir. Maliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumatlar vermiş və müzakirələrdə aktiv iştirak etmişlər. Büdcə müzakirələri Dövlət Başçısının tövsiyyələrinə və Milli Məclis rəhbərliynin yaratdığı müzakirə mühitinə uyğun olaraq bu il daha da əhatəli və inkluziv formada təşkil edilmiş, millət vəkillərinə komitələrdə və plenar iclaslarda müzakirələrə qatılmaq imkanı yaradılıb, bütün iclaslarda ümumi olaraq millət vəkilləri 127 dəfə çıxış edib, onları maraqlandıran suallara dövlət orqanları, Milli Məclisin iqtisadi siyasət və digər komitələri tərəfindən müvafiq izahatlar verilib”-deyə, komitə sədri bildirdi.

T.Mirkişili dedi ki, 2023-ci ilin dövlət büdcəsi və icmal büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanmış, ictimai müzakirələr üçün açıq dərc edilib, kütləvi informasiya vasitələrində çıxış edən millət vəkilləri, ekspertlər 2023-ci ilin dövlət büdcəsi layihəsini növbəti ildə ölkəmiz qarşısında duran çağırışlara , dövlətimizin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir layihə kimi qiymətləndirilib: “İşğaldan azad olunan ərazilərin bərpa edilməsi və sürətlə iqtisadiyyatımıza inteqrasiyasını, müdafiə və təhlükəsizliyimiz üçün büdcədə nəzərdə tutlan imkanların artırılmasını xüsusi olaraq yüksək qiymətləndiririk. Azərbaycan Respublikasının Hesablama Palatası büdcə layihəsinə müsbət rəy verib.

Komitə sədri dedi ki, 2023-cü il dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclaslarında 2-ci oxunuşda qəbul edilmiş layihəsinə bir sıra dəyişikliklər edilmiş və sizə 3-cü oxunuşda qəbul edilmək üçün təqdim olunmuş layihədə bu dəyişikliklər öz əksini tapıb: “Belə ki, bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2022-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin strukturunda dəyişikliklər edilərək Naxçıvan MR üzrə DTX-nin Baş idarəsi, 28 noyabr 2022-ci il tarixli Fərmanına uyğun olaraq isə Dövlət Gömrük Komitəsinin strukturunda dəyişikliklər edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Yeni yaradılmış Baş İdarələrin maliyyələşdirilməsi isə Muxtar Respublikanın büdcəsindən deyil, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən həyata keçirilməsi zərurəti yaranıb. Eyni zamanda, Muxtar Respublikanın büdcəsinin gəlirlərinin bir hissəsini təmin edən 53 278 min manat həcmində gömrük daxilmalarının dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, həmçinin, yeni yaradılmış DTX-nin Baş İdarəsinin saxlanılması üçün tələb olunan 11.1 milyon manat, Naxçıvan Baş Gömrük İdarəsinin saxlanılması üçün tələb olunan 20.1 milyon manat, “Avtomobil Yolları” məqsədli büdcə fondunun xərclərinə 0.5 milyon manat vəsaitin muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq dövlət büdcəsinin xərclərində planlaşdırılması zərurəti yaranıb. Eyni zamanda Milli Məclisdə aparılan müzakirələr zamanı dövlət büdcəsinin bəzi maddələrində də ümumi məbləğə təsir etməyən düzəlişlər yeni layihədə öz əksini tapıb. Beləliklə, 2023-cü il Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərclərində edilən dəyişikliklrə müvafiq olaraq Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 614.7 milyon manat təşkil edir. Muxtar respublikanın gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiyasnın yuxarı həddi 482.4 milyon manat səviyyəsində müəyyən edilir. Qeyd edim ki, dotasiyanın yuxarı həddinin müəyyən edilməsi praktikası DNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertdə də istifadə edilir. Bu praktika gələcəkdə büdcə gəlirlərinin artması fonunda transferin məbləğinin tənzimlənməsi imkanı yaradır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR