İnsanlara hürriyət, millətlərə istiqlal!

2022-ci ildə Rusiyadan İspaniyaya az turist gedib - 1,3 milyon

2022-ci ildə İspaniyaya gələn rusiyalı turistlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 1 milyondan çox azalıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Madriddəki səfirliyindən məlumat verilib.

“Həqiqətən də, burada ənənəvi olaraq yüksək qiymətləndirilən Rusiya turizmi əvvəlcə 2020 və 2021-ci illərdəki koronavirus və birbaşa umuşların bağlanması səbəbindən əhəmiyyətli dərəcədə zəifləmişdi. 2022-ci ildə isə ispanlar tərəfindən viza rəsmiləşdirilməsinin nəzərəçarpacaq dərəcədə çətinləşməsinə görə aşağı səviyyəyə düşüb. Belə ki, keçən il İspaniyaya cəmi 200 minə yaxın rusiyalı səfər edib ki, bu da bir tərəfdən 2021-ci ildən (133 min) 50% çoxdur, digər tərəfdən isə pandemiyadan əvvəlki 2019-cu ildən 84% azdır ( 1,3 milyondan çox)", - diplomatik nümayəndəlikdən bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR