İnsanlara hürriyət, millətlərə istiqlal!

2022-ci il dövlət büdcəsinin gərliləri 29 197.8 milyon manata çatdırılacaq - Tahir Mirkişili

Milli Məclisin iclasında çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı layihə haqqında həm biz, həm də maliyyə naziri Samir Şərifov tərəfindən ətraflı məlumat verilib: “İlk öncə onu qeyd etmək istərdim ki, qanun layihəsinin İqtisadi siyasət, sənaye və sahiblarlıq komitəsində müzakirəsi Azərbaycanın mədəniyyət paytaxtı olan azad Şuşa şəhərində keçirilib və iclasda Milli Məclisin Əmək və sosial siyasət, Təbii sərvətlər və ekologiya komitələlərinin, müvafiq dövlət orqanlarının da numayəndələri iştirak edibblər. Bu səfər bizim üçün həm də büdcədən ayrılan vəsaitlər hesabına işğaldan azad olmuş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuş işləri ilə yaxından tanış olmaq imkanı da yaradıb. Hər kəsin gəldiyi ümumi qənaət bundan ibarət olub ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər bu əraziləri düşməndan azad etmək kimi qəhrəmanlıqla müqayisə edilə biləcək qədər qəhrəmanlıqdır. Müzakirə etdiyimiz bu büdcə layihəsində də ayrılan vəsaitlərin böyük bir hissəsinin bu işlərə ayrıldığını nəzərə alsaq, büdcə müzakirələrinin Şuşada keçirilməsini qürurla qeyd edir və bu imkanı bizə yaradığına görə möhtərəm cənab prezidentə və təşkilatı işlərdə dəstəyə görə xanım sədr sizə hər kəsin adından minnətdarlığımızı çatdırmaq istərdim”.

T.Mirkişili bildirdi ki, təqdim edilmiş qanun layihəsində 2022-ci il dövlət büdcəsi gərlilərinin 2 381.8 milyon manat artırlaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatırılması təklif olunur: “Dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur. Artırılan gəlirlərin 65%-nin qeyri-neft, 35%-nin isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömtük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1.192 milyon manat azaldılması nəzərdə tutulub. Dövlət büdcəsinin Əlavə gəlirləri qeyri-neft gərliləri hesabına – 1 351 mln manat, əlavə neft gəlirləri hesabına 848 mln manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 mln manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 mln manat və 2.3 mln manat, dövlət büdcəsinin kəsiriin genişləndirilməsi hesabına 43 mln manat təşkil edəcək”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR