İnsanlara hürriyət, millətlərə istiqlal!

20 il sonra barışdılar

Tanınmış amerikalı müğənni Madonna 20 ildən sonra britaniyalı bəstəkar və müğənni Elton Conla barışıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Madonna instaqram hesabında paylaşıb.

66 yaşlı Madonna həmkarı ilə birgə foto paylaşaraq onunla "Saturday Night Live" şou proqramının kulisində görüşdüyünü, E.Conun ondan üzr istədiyini qeyd edib: "Onun ilk dediyi söz "Məni bağışla" oldu və aramızdakı divar uçdu".

Madonnanın sözlərinə görə, Con, hətta ona həsr edilmiş mahnı bəstələyib və əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, Madonna və Elton Con 2004-cü ildən küsülü olub. Müğənnilər arasında mübahisə E.Conun Madonnanın "Die another day" musiqisini kəskin tənqid etməsindən sonra başlayıb. Bununla yanaşı, Con mütəmadi olaraq həmkarını fonoqramla oxumaqda ittiham edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR