İnsanlara hürriyət, millətlərə istiqlal!

"20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq"-Milli fəal Əhməd Obalı

 

"Niyə İran Ermənistandan daha çox bizə düşmənçilik edir? Ermənilər bizimlə yalnız torpaq davası edir.  İran isə sərhəddə Azərbaycan kimi bir türk dövlətinin güclənməsindən narahatdır. Ona görə də hər dəfə bir düşmən tapmağa çalışır. Bu gün erməni olmasa, başqasını tapacaq".

Musavat.com bildirir ki, bu sözləri Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

O qeyd edib ki, İran üçün dünyada bir qarış Azərbaycan torpağının belə müstəqilliyi qəbuledilməzdir və bu səbəbdən, düşmənimiz olan ermənilərə hər cür  yardımları edir.


Əhməd Obalı həmçinin bildirib ki, İran fars dövlətinin kökü iki düşmən motivi üzərində qurulub:

"Onun biri türk, ikincisi isə ərəb düşmənçiliyidir. Azərbaycanlılar kimi ərəblərin də İranda ana dilində təhsili qadağan edilib. Əgər biz güneyliləri başqa bir dövlət istila etsəydi, onlar ən azından ana dilimizə toxunmazdılar. Amma İran toxunur, İran qadağan edir. Bu gedişlə 20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq. Bu, dilin kökünü kəsmək deməkdir və bizim faciəmizdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR