İnsanlara hürriyət, millətlərə istiqlal!

“2-3 il müddətində Azərbaycanda deputat dünyasını dəyişəcək...” - Zirəddindən ŞOK AÇIQLAMALAR

Son günlər əksər astroloji proqnozlar mənfi yöndədir. Bu isə proqnozlara inanan insanlarda istər-istəməz narahatlığa səbəb olur. Yalnız xəbərdarlığa köklənən astroloq neqativ proqnozuna əsas gətirmədən “öz yoluna” davam edir.

İnsanları neqativə kökləmək hansı qanuna sığır?

Məsələyə münasibət bildirən Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev Musavat.com-a açıqlamasında deyib ki, astroloqlar neqativ gözləntilərin səbəbini də açıqlamalıdırlar:

“Məni həmişə çağırırlar cinayət olan yerə və yaxud uğursuz evlərə ki, gör burada necə enerji var. Mən həmişə insanlara deyirəm ki, Allah dünyanı yaradanda hər yer gözəl, təmiz olub. Biz bir-birimizi öldürmüşük, qan tökmüşük, bir-birimizə qarşı cinayət törətmişik. Olduğumuz məkanın energetik informasiyasını korlamışıq. Harada insan varsa, orada neqativ var. Son yüzillikdə neqativ enerji həddindən artıq çoxalıb. Elm, texnologiya inkişaf etdikcə biz təbiəti korlamışıq. Kişilər qadınlaşır, qadınlar kişiləşir. Dünyada neqativlər həddindən artıq çoxalıb”.

“1 sentyabrda baş tutacaq parlament seçkisi ilə bağlı proqnozunuz necədir?” sualına ekstrasens belə cavab verib:

“Sualı səsləndirdiyiniz anda gördüyüm bir şey var – parlament seçkisindən sonra 2-3 il müddətində hansısa deputat ya dünyasını dəyişəcək, ya da xəstəxanaya düşəcək. Ümumilikdə isə Azərbaycanda qlobal siyasi dəyişiklik görmürəm. Deyirlər ki, seçkilərdən sonra kadr dəyişikliyi olacaq. Amma ciddi bir yenilik görmürəm”.

“Sizə kimlər hansı mövzularla bağlı müraciətlər edirlər?” sualına Zirəddin Rzayevin cavabı belədir:

“Bəzən sağlamlıqla bağlı müraciət edirlər ki, ABŞ-a, yoxsa İsrailə gedək, Türkiyədə müalicə götürək. Görürsən ki, vəzifədə olan adamdır, ailəsində xəstəsi var. Bəzən işdən azad olunmuş adam mənə müraciət edir ki, yenidən vəzifəyə qayıdacammı? Bəzən öz düşmənlərini öyrənmək istəyirlər. Bəzən neqativ müdaxilələri təmizləmək istəyirlər. Ailələri, övladları ilə bağlı da müraciət edirlər. Məsələn, övladı gec evlənir, yaxud da yaşı keçib, amma hələ ailə qurmayıb. Müraciətlər rəngarəngdir. Burada status rol oynamır. Hər kəsin öz problemi var. Müraciətlər yalnız Azərbaycandan olmur, Rusiyadan, Qırğızıstandan, Türkiyədən də olur”.

Zirəddin Rzayev Moskvada keçirilən forumdan da danışıb:

“Bildiyiniz qədər, Rusiyada millət vəkilinin köməkçisiyəm. Hazırda Moskvada “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumu keçirilir. Dövlət Dumasından ora göndərilirəm, bu gün orada olacam”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR