Onlayn ictimai-siyasi qəzet
Bu il iyunun 18-də Kəngərli rayonunun Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
İstintaqla 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun həmkəndlisi Aysun İbrahimovanın yaşadığı fərdi yaşayış evində tək olmasından istifadə edərək zorla evə daxil olub ona qarşı qanunsuz hərəkətlər etməsinə, bundan sonra isə sonuncunu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və digər maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ