Onlayn ictimai-siyasi qəzet
Xırdalanda dönərxana sahibi ilə mübahisə zaman onun qolunu çıxaran şəxs hakim qarşısında olub. Davaya səbəb təqsirləndirilən şəxsin oğlunun dönərxanda kuriyer işləyən zaman moped idarə etməsi olub.
Musavat.com xəbər verir ki, 45 yaşlı Yasin dönərxana işlədən Orxana aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Buna səbəb Yasinin 17 yaşlı oğlunun Orxanın yanında kuriyer kimi işləyən zaman mopeddən istifadə etməsi olub. Belə ki, Yasinin oğlun bir dəfə də mopedlə qəzaya düşüb. Yasin oğluna moped verdiyinə görə bir neçə dəfə Orxanla mübahisə edib.
Sonuncu mübahisə zamanı dönrəxanın şüşəsini sındırıb, Orxanı sol qolundan tutaraq dartıb. Bu zaman Orxanın qolu çıxıb.
Yasinə qarşı cinayət işi açılıb. Tərəflər məhkəmə istintaqı zamanı barışıblar. Məhkəmə Yasin barəsində 6 ay azadlığın məhdudlaşdırılması barədə qərar çıxarıb.
İ.Muradov
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ