Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər Nazirliyi 17 yaşlı qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.
Hüquq-mühafizə əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ