Onlayn ictimai-siyasi qəzet
Türkiyəli keçmiş model Dəniz Akkaya 16 yaşlı qızı Ayşədən prokurorluğa şikayət edib.
Axşam.az xəbər verir ki, model qızının onu eyvana kilidlədiyini iddia edib. İstanbul 1-ci Uşaq Məhkəməsi Ayşəni “şəxsi azadlıqdan məhrum etmə” maddəsi ilə 2 il həbs cəzasına məhkum edib. Lakin yaşının az olması səbəbindən cəza 10 aya endirilib və hökmün elan olunması təxirə salınıb. Qərarla Ayşe 3 il müddətində nəzarət altında saxlanılacaq.
Akkaya bununla bağlı paylaşım edərək yazıb:
"Təvazökarlıq göstərməyəcəyəm. 15 ildir ki, öz valideynlərimin mənə göstərmədiyi həm maddi, həm də mənəvi bütün diqqət, şəfqət, fövqəlbəşəri dəstəklərlə təkbaşına böyütmüşəm. Üstəlik bu iyrənc adamın mobbinqinə məruz qalmışam. Ədalətin sorğu-sual olunduğu dövrlərdən keçirik. Bu qərarla mənə qadın ləyaqətimi qaytaran hakimlərə və prokurorlara təşəkkür edirəm".
Qeyd edək ki, Dəniz bir müddət əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub.
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ