İnsanlara hürriyət, millətlərə istiqlal!

16 milyon dollar sərvəti var imiş- Kimə qalacaq?

88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.

Bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Qeyd edilib ki, heç vaxt rəsmi maaş almayan Papa 16 milyon dollar dəyərində xalis sərvət qoyub.

Nəşr bildirib ki, təvazökarlığı və yoxsullara xidməti ilə tanınan Papa sağlığında dəbdəbəli həyatdan qaçıb, yoxsullara kömək edib və xeyriyyəçilik işlərindən heç vaxt əl çəkməyib.

Vatikan isə hələ ki, Papanın sərvətini kimə miras qoyduğunu açıqlamayıb. Lakin yaxın günlərdə onun vəsiyyətinin açıqlanması gözlənilir.

Onu da deyək ki, ənənəvi olaraq, Papalar şəxsi varislərinə minimal miras qoyur. Onlar adətən aktivlərini dini xeyriyyə təşkilatlarına və ya Vatikan fondlarına həsr edirlər./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR