İnsanlara hürriyət, millətlərə istiqlal!

150 ildən sonra ilk: İstanbulda tövbə etməyən ermənini...

İstanbuldakı (Türkiyə) Erməni Patriarxlığının ona verdiyi müddətdə tövbə etməyən zərgər Levon Qaqaçyan kilsədən xaric edilib.

Teleqraf.com xəbər verir ki, Qaqaçyana patriarx Saak Maşalyan və dindarlar haqda söylədiyi iddialara görə tövbə etməsi üçün bir həftə vaxt verilmişdi.

Erməni Patriarxlığı Maşalyanın sədrliyi ilə toplanan Ruhani Şurası patriarx və ruhanilər haqda “əsassız iddialar” səsləndirən Levon Qaqaçyanı aforoz etdiyini açıqlayıb.

Açıqlamada Qaqaçyanın doğru yoldan çıxdığı bildirilib.

Kilsədən qovulan Levon Qaqaçyan aforoz qərarına etiraz edib.

“Kilsəmiz təxminən 150-200 ildir ki, heç kəsi aforoz etməyib. Hətta danışdığım onlarla insan patriarxın aforozla bağlı məsuliyyətsiz davrandığını dedi”, - Qaqaçyan bildirib.

Kilsədən xaric edilənlər kilsədəki hüquqlarından məhrum edilirlər. Bundan sonra kilsənin heç bir xidmətindən faydalana bilmirlər. Məsələn, belə adamlar kilsədə toy edə, cənazələri kilsədən çıxarıla, uşaqları vəftiz oluna bilməz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR