İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı qızı qaçırıb yarım milyon pul istədilər

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində 15 yaşlı qızın oğurlanması faktı üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, naməlum şəxslər valideynlərdən 500 min rubl məbləğində pul tələb ediblər.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsindən bildirilib.

"Açinsk şəhərində yeniyetmənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb. Yerli sakin istintaq orqanlarına müraciət edərək 15 yaşlı qızının itkin düşdüyünü və onun oğurlanma ehtimalının yüksək olduğunu bildirib. Bu faktla bağlı Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin Açinsk rayon istintaq şöbəsi tərəfindən cinayət işi açılıb", – deyə İstintaq Komitəsindən məlumat verilib.

İlkin araşdırmaya görə, 2025-ci il martın 18-də qız evdən naməlum istiqamətə gedib və geri qayıtmayıb. İki saat sonra atasının telefonuna naməlum nömrədən mesajlaşma proqramı vasitəsilə video göndərilib. Videoda qız azadlığa buraxılması üçün naməlum şəxslərin müəyyən edilmiş bank hesabına 500 min rubl köçürülməsinin tələb edildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR