İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO

15 yaşlı gənc oyunçu Amin Rzayev Azərbaycan Premyer Liqasının bu gün keçirilən "Qarabağ" - "Sumqayıt" matçında (2:0) debüt edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, 84-cü dəqiqədə təcrübəli Elvin Cəfərquliyevin əvəzinə oyuna daxil olub.

A.Rzayev sağ cinah müdafiəçisidir. Onun 16 yaşı hələ bu ilin oktyabrın 12-də tamam olacaq.

O, bu vaxta qədər Ağdam klubunun əsas komandasında yoxlama matçlarında iştirak edib.

A.Rzayev "Qarabağ" akademiyasının yetirməsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR