İnsanlara hürriyət, millətlərə istiqlal!

15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı qürür səhifəsidir

“Heydər Əliyev İli” ilə əlaqədar bütün sahələrdə olduğu kimi, Ədliyyə Nazirliyi Penitensiar xidmətində də Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər yüksək səviyyədə davam etdirilir.

Tədbirlər çərçivəsində 14.06.2023-cü il tarixdə Penitensiar xidmətin Baş idarəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən, dahi rəhbərin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışılıb. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirmişdir. Qeyd olundu ki, bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Tədbirdə iştirak edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru Qasım Hacıyev çıxışında bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdığını və bu mühüm nailiyyətin məhz Ulu Öndər Heydər Əliyevin fədakar xidmətlərinin bəhrəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı qürür səhifəsidir
15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı qürür səhifəsidir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR