Onlayn ictimai-siyasi qəzet
Bu gün fevralın 14-ü dünyada milyonlarla insan tərəfindən "Sevgililər Günü" kimi qeyd edilir. Azərbaycanda da 14 fevralı qeyd edənlər var. Lakin bəziləri bu günün bizim mənəvi dəyərlərə uyğun olmadığını, əsasən xristianlıq dünyasına aid olduğunu deyir. Əlbəttə ki, bu fikirlərlə razılaşmayanlar da kifayət qədərdir.
Qeyd edək ki, Azərbaycanda bir çoxları üçün “Sevgililər Günü” 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü – 30 iyundur. Göründüyü kimi ölkədə bu mövzu ətrafında fərqli baxışlar mövcuddur.
Bəs bu gün kimlər 14 fevralı qeyd edir?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ