İnsanlara hürriyət, millətlərə istiqlal!

13 illik danışıqlar NƏTİCƏ VERDİ - Bu ölkələr Şengen zonasına daxil oldu

13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.

Martda 2 ölkənin aeroportlarında sərhəd nəzarəti ləğv edilmişdi. Bu gün isə əlavə olaraq quru yollarında nəzarət məntəqələri yığışdırılıb.

1985-ci ildən formalaşan Şengen zonasına Avropa İttifaqına üzv 25 ölkə, həmçinin Aİ üzvü olmayan İsveçrə, Norveç, Finlandiya və Lixtenşteyn daxildir. Şengen sistemi bu zona daxilində 400 milyon nəfərin sərhəd nəzarəti olmadan sərbəst hərəkətinə imkan verir.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR