Onlayn ictimai-siyasi qəzet
Magistraturaya sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 15-dən başlayıb və 29 yanvar saat 23:59-dək davam edəcək.
26 yanvar saat 16:30-a olan məlumata əsasən 11907 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 10923; rus bölməsi - 984).
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ