İnsanlara hürriyət, millətlərə istiqlal!

"12 ayda Ağdamda aparılan minatəmizləmə işlərinin həcmi məni heyrətləndirdi" - "MAG” direktoru

"12 ay ərzində Ağdamda aparılan minatəmizləmə, yenidənqurma və infrastruktur layihələrinin həcmi məni heyrətləndirdi".

Bu sözləri  "MAG” təşkilatının regional direktoru Adam Komarovski jurnalistlərə açıqlamasında bildirib. Adam Komarovski  Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən də söz açıb:

"Bu konfrans vasitəsilə Azərbaycanda minatəmizləmə və minalarla bağlı son vəziyyəti öyrənəcəyik. Azərbaycan hökuməti tərəfindən çox böyük həcmdə işlər görülüb. Burada bizim təşkilat və digər təşkilatlar tərəfindən Azərbaycana minatəmizləmə prosesində necə kömək edəcəyimiz imkanlarını nəzərdən keçiririk.

Ötən ilin aprel ayında Ağdam olmuşam, bu il də oraya səfər etmək imkanım oldu. Orada minatəmizləmə bağlı görülən işlərin həcmi məni heyrətləndirdi. Bu, 12 aylıq müddətdən böyük işlər görülüb. Ağdamda aparılan yenidənqurma və infrastruktur layihələrinin həcmi məni heyrətləndirdi. Biz şirkət olaraq 20 ANAMA əməkdaşına təlimlər keçirik. Bizim 2 beynəlxalq ekspertimiz hazırda Horadizdə fəaliyyət göstərir".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR