İnsanlara hürriyət, millətlərə istiqlal!

11 il əvvəl sülh çağırışı edən keşiş Rusiyada həbs edilib

Rusiyanın Sankt-Peterburq şəhərində pravoslav keşiş Nikolay Savçenko 2014-cü ildə Ukrayna bayrağı ilə çəkilmiş fotoya və İncildən sitata görə həbs edilib - məhkəmə onu 14 sutka inzibati həbs cəzasına məhkum edib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Savçenkonun həbsinə səbəb 2014-cü ildə VKontakte sosial şəbəkəsində yerləşdirilən foto olub. Fotoda Savçenko əlində Ukrayna bayrağı tutur və şəkli İncildən sitat müşayiət edir: “Rəbb belə deyir: gedib qardaşlarınızla müharibəyə başlamayın”. Bu fotoşəkillər müharibə əleyhinə mitinq zamanı çəkilib.

Məhkəmə hesab edib ki, fotoda təsvir olunan bayraq Rusiyada ekstremist kimi tanınan “Ukrayna millətçiləri təşkilatı”nın simvollarına aiddir. Bu isə din xadiminin inzibati məsuliyyətə cəlb olunması üçün əsas olub.
Keşiş Nikolay Savçenko Rus Pravoslav Kilsəsinin Sankt-Peterburq metropolisində, Moskva mitropoliti Müqəddəs Pyotr kilsəsində xidmət edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR