İnsanlara hürriyət, millətlərə istiqlal!

100 minlik yalan 1 ailənin faciəsinə çevrildi...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 24 yaşlı Salman Məmmədəliyevə hökm oxunub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesində S.Məmmədəliyevin bibisi oğlundan aldatma yolu ilə 100 min manat alması və verdiyi vədə əməl etməyərək pulu qaytarmaması bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, S.Məmmədəliyev Elşən adlı bibisi oğluna Yevlaxdakı şirkətlərdən birinə bölgə müdiri təyin edildiyini bildirib və gübrə işinə 100 min manat qoyarsa, 15 gün içində 30 faiz gəlir götürə biləcəyinə inandırıb. Bundan sonra o, Bakı şəhərinə gələrək qohumundan 3 dəfəyə olmaqla ümumilikdə 100 min manat alıb. Lakin qısa vaxt sonra Salmanın hər hansı bizneslə məşğul olmaması üzə çıxıb və o, aldığı pulları qaytara bilməyib.

Bundan sonra yaxın qohumlar arasında narazılıq başlayıb. Elşən dayısı oğlu barəsində şikayət edib. Salman bibisi oğluna yaşadığı evin sənədlərini verib.

Oğlunun əməllərini görən Salmanın atası Müşfiq Məmmədəliyev məktub yazaraq intihar edib. O, məktubunda “min bir əziyyətlə qurduğum evin verilməsinin əleyhinəyəm”, yazıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Salman Məmmədəliyev bütün pulların atasına çatdığını bildirib və heç bir günahının olmadığını deyib.

Zərərçəkmiş tərəf isə yaxın qohum olduğu üçün Salmanın həbs edilməsini istəmədiklərini, lakin dəymiş zərərin ödənilməsini tələb etdiklərini deyiblər.

Məhkəmənin hökmü ilə Salman Məmmədəliyevə 6 il həbs cəzası verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR