Onlayn ictimai-siyasi qəzet
İstanbul–London reysində qeyri-adi hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, təyyarədə bir sərnişin aldığı biletin qiymətinin daha yüksək olduğunu əsas gətirərək, yanında əyləşən başqa bir sərnişinlə oturmaqdan imtina edib.
Sərnişin iddia edib ki, o, bileti 100 min TL-yə, yanında oturan isə 4 min TL-yə alıb və bu fərqin onun “kənar biri” ilə oturmaqdan imtina etməsi üçün əsas olduğunu bildirib.
Gərginlik böyüdükcə hadisəyə təyyarə polisi də müdaxilə edib. Polisə açıqlama verən sərnişin bu dəfə “10 fabrikim var, mənə toxunmayın” sözləri ilə diqqət çəkib.
Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Videoda sərnişinin yüksək səslə etiraz etdiyi və polislə mübahisə etdiyi aydın görünür.
Sosial mediada bir çox istifadəçi sərnişinin davranışını tənqid edərək onu “təkəbbürlü və hörmətsiz” adlandırıb. Digərləri isə bu cür hadisələrin artmasının “iqtisadi fərqliliklərin sosial münasibətlərə təsiri” ilə əlaqələndirib.
Hadisənin hansı nəticə ilə yekunlaşdığı barədə rəsmi açıqlama verilməyib.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ