İnsanlara hürriyət, millətlərə istiqlal!

100 il əvvəl insanların 2025-lə bağlı PROQNOZLARI - FOTOLAR

Amerikalı tarixçi Pol Feyi arxiv qəzetlərini araşdıraraq, yüz il əvvəl (1915-ci il) 2025-ci il üçün verilmiş proqnozları tapıb.

Musavat.com xəbər verir ki, bu proqnozlar arasında insanların 150 il yaşayacağı və ya ölümsüz olacağı, dünyada gülüş üçün səbəblərin qalmayacağı, yeməklərin ictimai mətbəxlərdən borular vasitəsilə çatdırılacağı, həmçinin televiziyanın illüstrasiyalı qəzetləri əvəz edəcəyi kimi fikirlər yer alır.

Bundan əlavə, böyük təyyarələrin London ilə Paris arasında cəmi iki saat ərzində 50 sərnişin, dirijablların isə 500 sərnişin daşıyacağı proqnozlaşdırılıb.

Saç tökülməsinin ümumi hal alacağı, dünyada neftin tükənəcəyi və siqaret çəkməyin keçmişdə qalacağı da proqnozlar sırasındadır.

Kitabların nikel vərəqlərində çap edilərək 30 min səhifədən ibarət olacağı, qarətlərin naqilsiz (televiziya texnologiyalarından istifadə etməklə) həyata keçiriləcəyi, Yer kürəsinin əhalinin sıxlıq həddinə çatacağı və bütün dünya ilə eyni anda əlaqə qurmaq imkanının yaranacağı kimi fikirlər də diqqət çəkir. Bu sonuncu proqnozun bəşəriyyətin birləşməsinə gətirib çıxaracağı vurğulanır.

Qeyd olunur ki, bu proqnozlar 1915-ci ildəki texnoloji tərəqqiyə olan böyük ümidlərin və gələcəyə dair maraqlı təsəvvürlərin göstəricisidir.

Bəziləri qeyri-real görünsə də, bəziləri müasir texnologiyaların inkişafında reallığa çevrilmişdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR