Onlayn ictimai-siyasi qəzet
Xocalı qurbanlarının xatirəsinə memorial düzəldiləcək. Ancaq biz nədənsə bu memorialın müəllifi kimdir, hansı sənətkarlar işin içindədir, haçan müsabiqə elan olundu, münsiflər, sənətkarlar, heykəltəraş və arxitektorlar qiymətləndirmədə varmı - heç bir şey bilmirik.
Belə abidələr yaddaqalan olmalı, gəlib baxanlara, ziyarət edənlərə, o cümlədən faciə haqda xəbəri olmayan əcnəbilərə təsir etməlidir, onlarda müəyyən təəssürat oyatmalıdır. İndiki projedə bu təəssürat oyanırmı, bunu uca millətimizin ixtiyarına buraxıram. Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, maket məndə hər hansı ovqat (o cümlədən kədərli) oyatmadı. Ümid edirəm real işin, son nəticənin təsiri çox olar. Sözgəlişi, “20 Yanvar şəhidləri” abidəmiz də insanda heç bir ovqat yaratmır. Adi günbəzdir, heç dar olduğu üçün içinə girmək də mümkün deyil.
Hərçənd insaf naminə iqtidarın da mövzu üzrə deyiləsi sözü yox deyil: “Xalqın ixtiyarına buraxsaq, qəbiristanlıqlarda qoyduqları mərmər başdaşılar tipində bir şey düzəltməyi təklif edərlər”. Ancaq xalqda mədəniyyət, incəsənət haqda təsəvvürlər dayazdırsa, bunun günahı həm də hökumətdədir. Məktəblərdə rəsm dərsi yox kimidir. Heykəltəraşlarımız da konveyer üsulu ilə çalışır. Senzura yaradıcılığa hərtərəfli qənim kəsilmişdir. Axırıncı dəfə hansısa muzeyimizdə bir mədəni tədbir, bir rəsm sərgisi olması yadımıza gəlmir. Haradansa dəvət etsinlər, ünlü rəssamların əsərləri gətirilsin, xalqa göstərilsin... Buna nə maraq var, nə təşəbbüs. Son dəfə keçən il Bakıda Salvador Dalinin sərgisini etmişdilər, ona getdim, baxdım gördüm bunlar əslində Dalinin çox da orijinal əsərləri sayılmaz, haradasa qrafik işlərinin kopyaları, surətləri kimi bir şeydir. (Rəssamlarda belə şeylər olur, bir əsərini emalatxanasına verir, orada əməkdaşları onun surətini çıxarırlar. Bəzən bir rəsmin yüzlərlə kopyası olur və təbii ki, belə işlər müəyyən dərəcədə ucuz və kütləvi tələbat malları kimidir).
Xocalı haqda həqiqətləri yaymaq yetərlidir, hər hansı şişirtmə və uydurma xalqın haqqına kölgə salmaqdır. Faciə qurbanlarının adbaad siyahıları, tərcümeyi-halı hazırlanmalıdır, bu da Ermənistanın mövzu haqda beynəlxalq aləmdəki spekulyasiyalarını önləyər. Çox yayılmış bir foto var, həmin fotoda balaca qız uşağı başqa, daha azyaşlı uşağı qucağında tutub ağlayır. Bizdə bunu uzun illərdir Xocalı haqda foto kimi paylaşırlar. Lakin həmin fotonun Kəlbəcər köçkünlərinə aid olduğu, 1993-cü ildə indiki Göygöl rayonu ərazisində çəkildiyi məlumdur. Dünən bu şəkil yenə Xocalı xəbərlərində verilirdi və kəlbəcərli qadının (həmin körpə indi anadır) müsahibəsi ilə az qala eyni səhifələrdə! Bu bizə lazımdırmı? Niyə savadsızlıq edirik? Xocalı haqda foto, video, sənəd, fakt azdırmı ki, ona Kəlbəcərdən foto əlavə edirik? Sabah bu feyk-sənədlər başqa haqlı, düzgün sənədlərimizin üzərinə kölgə salanda günahı harada axtaracaqsınız?
Sonda bir məsələni də yazım, yaddan çıxmasın. 26 fevralda saat 17:00-da Xocalı qurbanlarının xatirəsi bütün ölkə boyu 1 dəqiqəlik sükutla yad edilir və bu zaman qatarlar, gəmilər də fit verməlidir (yanılmıramsa, bu, qanun və ya qərarda belə yazılıb). Hər il Biləcəri deposu də buna əməl edirdi, lakin dünən Biləcəridə heç bir qatar fit vermədi. İstəyirəm dəmir yolu idarəsi buna aydınlıq gətirsin.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ