Onlayn ictimai-siyasi qəzet
Şəxsən mən “Avrovizion” musiqi yarışmasını izləmirəm. Ancaq bu o demək deyil ki, həmin yarışma nəsə mənasız şeydir. Kimdən ötrüsə mənası var. Buyursunlar, izləsinlər, zövq alsınlar. Eyni zamanda, bu yarışmanı “cinsi azlıqların triumfu”, “Avropa batır” kontekstindən şərh edənlər də papağı qabaqlarına qoyub fikirləşsinlər ki, niyə onların mövqeyi rus şovinist məmuru Zaxarova ilə üst-üstə düşür?
Təbii ki, Avropa batmır. “Avroviziya”da qeyrət, namus, “ana-bacı şərəfi” axtaran yoldaşlar isə məncə dünən gecə koqnitiv dissonans, şüur çaşbaşlığı yaşamağa məcbur idilər: özünü qeyri-binar şəxsiyyət elan edən, qadın paltarında oxuyan isveçrəli köhnə kişi Nemonun qalibiyyətində Azərbaycanın böyük rolu vardı! Özünüz baxın, Nemo müəllimə səsvermə zamanı ən çox səsi iki dövlət verib. Birinci yerdə Ukraynadır – 12 səs jüridən, 12 səs xalqdan. İkinci yerdə Azərbaycandır – 12 səs jüridən, 10 səs camaatımızdan! Beləliklə, Ukrayna və bizdən başqa İsveçrə təmsilçisinə 22-24 səs verən başqa dövlət olmamışdır. Ən çox səs verən 3-4 ölkə də var, onlardan cəmi 20 xal alıb.
Burada bayaq yazdığım bir-iki terminə aydınlıq gətirim, çünki bunlar tək bizim xalq üçün deyil, küllən planet üçün yeniliklərdir. “Köhnə kişi Nemo” ifadəsini bir növ zarafat üçün yazmışdım, ancaq mənası da vardı, çünki Nemo ayamalı bu manıs anadan kişi, erkək cinsli doğulmasına baxmayaraq özünü “qeyri-binar şəxs” (non-binary, bigender) elan edib. Bu isə özünü heç bir cinsə aid etməyən adam deməkdir. Yəni, bu adamlar özünü nə kişi, nə qadın sayır. (İndi yadıma düşdü, riyaziyyatda binar münasibətlər deyə anlayış vardı, amma qeyri-binar da vardımı, unutmuşam).
Artıq Avstraliyada və ABŞ-ın bəzi ştatlarında pasportda cins qrafasında qeyri-binarlıq qeyd edilir.
Təbii ki, özünü hansı cinsdən, ya cinssiz saymaq hər kəsin şəxsi işidir, buna qıraqdan burun soxmaq olmaz. Məcburən, zorla, dövlət aparatı xəttiylə insanların şəxsi həyatına qarışmaq yolverilməzdir. Belə halları yalnız tənzimləmək olar, o da sivil üsullarla, cəza, zorakılıqla deyil. Demokratiya insan hüquqlarının qorunmasını da nəzərdə tutur və bu gün sən hansısa seçki saxtakarlığından dəm vurub homofob davrana bilməzsən. “Cinsi azlıqlar ölsün, lakin mətbuat azad olsun”, “Pişiklər cəhənnəmə, insanlar yaxşı yaşamalıdır” və sairə - bunlar sivil dünyada keçmir. Hüquqlar kompleksdir. Biri yoxdursa, o biri də yoxdur. Ya da əvvəl-axır olmayacaq. Rəhmətlik Martin Niemöller demişkən: “Lap axırda onlar mənim dalımca gəldilər, lakin etiraz edəcək kimsə artıq qalmamışdı”. Bu kişinin kimliyini xırdalamıram, güman edirəm indiyə hamı tanımış olar.
O üzdən, həmişə belə məqamlarda olduğu kimi, növbəti dəfə Azərbaycan xalqı öz “ziyalılarından” qabaqdadır, sivildir, inkişaf etmişdir. Əks halda yuxarıda yazdığım səsvermə mənzərəsi üzə çıxmazdı. Nemo-ya səs verən azərbaycanlılar və münsiflər heyətimiz təbii ki, onun yubka geyməsini, cinsiyyətini yox, vokal qabiliyyətini (mən bu yazını yazmazdan qabaq tapıb dinlədim, həqiqətən adamın 1 nömrəli səsi var – bəlkə də əslən qarabağlıdır), səhnə davranışını, artistizmini qiymətləndirmişdir. Heç nə demirəm, elə o cür bir-iki dəfə hoppanın, sonra oxuyun görüm, necə oxuyursunuz...
Bu da maraqlıdır ki, sən demə “Avroviziya” səsvermələri tarixində Azərbaycanın münsiflər heyəti ilk dəfə “onluqdan” vurmuşdur: onların 12, ən yüksək bal verdiyi yarışmaçı 1-ci yerə layiq görülübdür.
İndi nə edək? Jürini qeyri-binar adlandıracaqsınızmı? Məsləhət deyil.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ