Onlayn ictimai-siyasi qəzet
Bir az da səbirli olun. Əgər bundan sonra dünyanın hansısa nöqtəsində hansısa bir erməninin gəbərməsini və ya can verməsini gətirib “artsaxın blokadası”na, “qəddar və vəhşi türklərə”ə bağlamasalar, yəni ayağımıza yazmasalar, onda heç nə bilmirik. Ya da bu murdar məxluqatı hələ də yaxşı tanımırıq.
7-8 gün qabaq Ermənistan XIN başçısı Ararat Mirzəyan Qarabağda avtomobilin içində iki erməni uşağın boğulmasını sırtıqcasına, üzə dirənərək Bakının “blokada və etnik təmizləmə siyasəti”nin nəticəsi kimi təqdim eləmədimi?..
“Hraparak” erməni nəşri isə görün nə yazır.
Sitat: “Dünən Stepanakertdə (Xankəndi – Z.S.) hamilə qadın küçədə özündən gedib. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb, orada isə tibbi yardım göstərmək üçün zəruri şərait, dərmanlar yoxdur. Bundan əvvəl çörək növbəsində dayanan yaşlı kişi huşunu itirib. Səbəb yaxşı qidalanmamaqdır”.
Ardınca növbəti uydurma: “Şəhərdə mağazalar tamamilə boşdur. Mağazalarda ümumiyyətlə, heç nə yoxdur, açıq olanlarda da yalnız spirtli içkilər satırlar. Kəndlərdə tərəvəz var, ancaq yanacaq olmadığı üçün onu şəhərə çatdıra bilmirlər”.
Necədi? "Əzabkeş xalq"ın yeni “genosid” tamaşası XXI əsr improvizasiyasında! Alman Gebbelsin indi yəqin qəbirdə sümükləri sızıldayır...
Əlin üzündə qalır. Adamda həya-abır doğrudan da yaxşı şeydir. Bunlar nə tip məlun və saxtakar bir toplum, ilahi! Barı İlham Əliyevin Şuşadan verdiyi srağagünkü mesajdan nəticə çıxaraydılar.
Azərbaycan Prezidenti demişdi ki, hazırda reinteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin onları girov götürüb qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. Ağdam-Əsgəran yolunun ermənilər tərəfindən bağlanmasına toxunan dövlət başçısı ardınca vurğulamışdı: “Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz (jurnalistə müraciətlə - Z.S.) “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir, axı Qarabağ Azərbaycandır” dediniz. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Bütün məsələ də bundadır”.
Gerçəkdən, kim kimi blokadada saxlayır? Kimə gəlirlər haylar? Həqiqətənmi onlar uydurduqları “ürək dağlayan” cəfəngiyata dünyanın inanacağını zənn edirlər?
Əfsus ki, belədir. Nəinki zənn edir, üstəgəl, hamının, özəlliklə xristian ölkələrinin onlar üçün göz yaşı tökəcəyinə əmindirlər. Çünki bizim bir şeydə bəxtimiz gətirməyib: xristian (Qərb) dünyası hazırda çox güclüdür və o səbəbə erməni yalan-palanıına inananlar bizim həqiqətlərimizə iman gətirənlərdən qat-qat çoxdur.
Odur ki, təbliğat və əks-təbliğatımızı birə-beş gücləndirməliyik. Ələlxüsus erməni yalanlarına “heykəl” qoyulan ölkələrdə.
Yatmaq, yuxulamaq, mürgü vurmaq, eyforiyaya qapılmaq əsla olmaz. Təbii ki, çomağı da yanımızdan əskik eləməmək şərti ilə. Çünki daha erməniləri, onların xəstə məntiqini anlamaqdan keçib. Özümüzü yormayaq.
Anlamaq demiş, Prezidentin Şuşadakı son çıxışından yerinə düşən daha bir sitat: “Hər dəfə dağıntıları görəndə ürəyim ağrıyır, hər dəfə də özümə sual verirəm: nə üçün bizim qonşu saydığımız insanlar bu barbarlığa əl atıblar? Axı biz onlara nə etmişdik... Bu insanların ürəyində bizə qarşı nə qədər nifrət var idi ki, insanlığa sığmayan bu əməlləri etsinlər. Yəni bunu mən bu günə qədər anlaya bilmirəm və yəqin ki, heç vaxt normal insan bunu anlaya bilməz”.
Bu ritorik suallar torpaqlarımızda ağlasığmaz vəhşiliklər, vandallıqlar, soyqırımlar törətmiş, özünü dünyanın “ən qədim xalqı” adlanıranlarlara və bir də onlara havadarlıq edənlərə ünvanlanıb...
Əslində erməniləri yox, ermənilərin anlamaq dərdi var! “Qafqaz qaraçıları”nın tək problemi bu. Zira, kiminsə səni başa düşməsi, anlaması üçünsə öncə insan olmalısan, insan! İkiayaqlı yırtıcı yox! Yoxsa debil yığnağı kimi "Şeytan yuvası"nda nə qədər istəyirsiniz “genosid” tamaşası düzəldin. Bir azdan özünüzdən savayı onların tamaşaçısı olmayacaq...
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ