Onlayn ictimai-siyasi qəzet
“The Daily Mail” qəzeti yazır ki, Azərbaycandakı zooparkda tərk edilmiş Ruben adlı şir heyvansevərlər tərəfindən Böyük Britaniyaya məxsus “Animal Defenders International” təşkilatının köməyi ilə 22 saatlıq uçuşdan sonra Cənubi Afrikaya çatdırılıb.
15 yaşlı Ruben Azərbaycanda bir biznesmenə məxsus olub. İş adamının ölümündən sonra şir zooparkın bir küncündəki dar qəfəsdə 6 il ərzində tək qalıb. Heyvanın qidalanması aşağı səviyyədə olub.
https://www.dailymail.co.uk/news/article-12476683/Ruben-lion-freedom-abandoned-Azerbaijan-zoo.html
Nəsə, bu məsələ mənə maraqlı gəldi. Araşdırdım. Məlum oldu ki, söhbət Qarabağ ermənilərinin nəzarəti altında olan zooparkdan gedir. İş adamı da ermənidir. Şirin Ruben adını daşıması da bu səbəbdən qaynaqlanır.
Əlbəttə, “The Daily Mail” qəzetinin Qarabağı Azərbaycan torpağı kimi təqdim etməsi çox yaxşıdır. Ancaq məqalədə ən azı bir yerdə qeyd olunmalıydı ki, söhbət ermənilərin nəzarəti altında olan ərazidəki zooparkda saxlanılan heyvandan gedir. Ruben Qarabağdan böyük ehtimal ki, mart ayında Laçın buraxılış-keçid məntəqəsindən keçərək İrəvana aparılıb. Bu əməliyyata 9 saat vaxt sərf olunub. Bir müddət İrəvanda saxlanılan Ruben Qətər Hava Yolları vasitəsi ilə mənzil başına çatdırılıb.
Azərbaycanın belə bir məqamı əldən verməsi təəssüf doğurur. Çünki bu fakt Azərbaycana ciddi təbliğat imkanları verə bilərdi. Bir şiri adam kimi saxlaya bilməyən Qarabağ erməniləri hansı dövlətdən danışırlar?..
“Animal Defenders International”ın prezidenti Jan Creamer deyir:
“Ruben həyatında ilk dəfə dəmir qəfəsdən çıxaraq çəmənlikdə yeriyəndə (Cənubi Afrika meşəsində) göz yaşlarımızı saxlaya bilmədik”.
“The Daily Mail” qəzeti onu da vurğulayır ki, Rubenin xilas olunmasında onların da xüsusi rolu var. Belə ki, qəzet bu barədə dəfələrlə yazıb.
31 Mart 2025
21 Mart 2025
20 Mart 2025
18 Mart 2025
17 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
08 Mart 2025
07 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
03 Mart 2025
14 Dekabr 2024
09 Dekabr 2024
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ