Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib. Ancaq tezliklə bitməsi ehtimalı son dərəcə yüksəkdir.
Artıq Ermənistan hərəkətə keçib. Qərbə yaxınlaşmaq üçün ifrat dərəcədə Rusiyaya qarşı çıxan Nikol Paşinyan indi Moskvaya tərəf istiqamət alır. Rusiya Paşinyanı bağışlayacaqmı? Məncə, Putin nəyin bahasına olursa-olsun Nikol Paşinyanı devirməyə çalışacaq.
O da sirr deyil ki, artıq Ermənistandakı Rusiyayönümlü qüvvələr ciddi şəkildə fəallaşıb. Aydındır ki, bu qüvvələr tezliklə Rusiyanın hərtərəfli dəstəyi ilə meydanlara axışacaqlar.
Rusiyanın qəzəbindən qurtulmaq üçün Nikol Paşinyanın sadəcə bir yolu var. Öz başının çarəsinə qalan Qərb Ermənistanın baş nazirinə kömək edən deyil. Bu, birmənalıdır. Yalnız Türkiyə+Azərbaycan ittifaqı Nikol Paşinyanın xilaskarına çevrilmək gücündədir.
Məncə, Nikol Paşinyan Rusiya-Ukrayna anlaşmasından əvvəl bu işi bitirməlidir. Bu iş bu anlaşmadan sonraya qalsa, Nikol Paşinyanı devirəcəklər...
Nikol Paşinyanı devirsələr nə olacaq? Rusiyapərəst qüvvələr Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Ümumiyyətlə, Azərbaycanla münasibətlərin normalaşmasını istəmirlər. Ancaq bu, önəmli deyil. Önəmli olan odur ki, Rusiya Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılmasında maraqlıdır. Deməli, Paşinyan olsa da, olmasa da Zəngəzur dəhlizi açılacaq.
Mən öz payıma Nikol Paşinyanın devrilməsini heç istəməzdim. Çünki onun iqtidarda olması bizim maraqlarımıza daha çox cavab verir. Ancaq biz onun yerinə qərar verə bilmərik. Qərarı özü, özü də mümkün qədər tez verməlidir. Yoxsa bir az sonra çox gec ola bilər...
Əlbəttə, Rusiya-Ukrayna müharibəsinin uzanması ehtimalı da az deyil. Dəqiq olan odur ki, bu müharibənin başa çatması Rusiyanın qol-qanadını açacaq. Bu isə Nikol Paşinyana yaxşı bir şey vəd etmir...
24 Sentyabr 2025
19 Sentyabr 2025
05 Sentyabr 2025
14 Avqust 2025
13 Avqust 2025
29 Iyul 2025
24 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
06 Iyul 2025
19 Iyun 2025
11 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
21 May 2025
28 Aprel 2025
25 Aprel 2025
22 Aprel 2025
18 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
07 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
03 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ