İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Tehranı niyə daşladı: “Özgənin pəncərəsinə daş atanın... ”

Türkiyə və İran: Köhnə rəqabətdə Azərbaycan faktoru

Türkiyə ilə İran arasında yaranmış gərginlik səngimək bilmir. İki qonşu dövlət arasında münasibətlər nədən həndəvərindən çıxıb?

Musavat.com-a görə, söhbət ondan gedir ki, bir vaxt İranın at oynatdığı Suriya indi total şəkildə Türkiyənin nəzarəti altına keçib. İran və onun müttəfiqi Rusiya Türkiyə tərəfindən Suriyada küncə sıxışdırılıb.

Suriya xalqının böyük əksəriyyəti Türkiyənin tərəfindədir. Niyə? Çünki Suriyada xalqın 80 faizi sünnidir, cəmi 10 faizi isə ələvidir. Əvvəllər Suriyada əhalinin 10 faizini təşkil edən xristianların isə böyük bir hissəsi ölkəni tərk edib. Suriya 50 ilə yaxın ələvi azlıq tərəfindən idarə olunub. Bu isə böyük çoxluğun, yəni sünnilərin basqı altında əziyyət çəkməsinə gətirib çıxarıb. Suriyalıların nəzərində Türkiyə sünni dövlətdir, yəni onlara bir köynək yaxındır. İran isə onlara 50 il zülm etmiş ələvilərin yanındadır.

israilli-analist-yehezkeli-suriy.jpg (96 KB)

Suriyadakı sünni çoxluq tərəfindən bölgədən qovulan İran ölkənin yeni rəhbərliyinə təzyiq mexanizmi əldə etməyə çalışır. Bu məqsədlə də PKK-nın Suriyadakı uzantısı olan Suriya Demokratik Qüvvələrinə dəstək verir. Bu qüvvələr üzərindən Suriyanın daxili işlərinə müdaxilə etməyə çalışır. Suriya Demokratik Qüvvələri həm Türkiyə, həm də rəsmi Şamın yeni iqtidarı tərəfindən terrorçu qrup kimi tanınır.

Maraqlıdır ki, İran PKK-nı terrorçu qrup kimi tanıyır. Ancaq onun Suriyadakı şöbəsi sayılan Suriya Demokratik Qüvvələrlə geninə-boluna əməkdaşlıq edir. Bu qüvvələr Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava adı altında Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət yaradıblar. Suriyanın yeni rəhbərliyi və Türkiyə bu qondarma muxtariyyəti rədd edir.

Suriya Demokratik Qüvvələri ABŞ və Avropa İttifaqı tərəfindən də dəstəklənir. Onlar İŞİD-ə qarşı aparılan müharibədə Amerikanın yanında yer alıb.
Yeni Suriya yönətimi Suriya Demokratik Qüvvələrində yer alan yerli kürdləri öz ordusuna qəbul etməyə hazırdır. Ancaq artıq bu qüvvələrə rəhbərlik edən PKK üzviləri İraqa qovulub.

İran Türkiyənin həm İraqda, həm də Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarını “suverenliyin pozulması” kimi qiymətləndirir.

Onu da deyək ki, İran Suriyada təkcə Suriya Demokratik Qüvvələrini yox, həm də de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı kimi tanınan YPG-yə dəstək verir.

rakka-emeliyyat.jpg (147 KB)

İranlı jurnalist Fereshteh Sadeghi yazır ki, Türkiyənin Suriyanı ələ keçirməsi nəticəsində İranın Livanla (Hizbullah) quru yolla əlaqəsi tamamilə kəsilib. Ona görə də rəsmi Tehran Suriya Demokratik Qüvvələrinin köməyi ilə Livana loqistik çıxış əldə etməyə çalışır.

Fevralın 26-da “Al Jazeera Arabic” telekanalına müsahibə verən Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, İranın bölgədəki milislərə arxalanan xarici siyasəti Tehranı əldə etdiyindən daha çox qurban verməyə məcbur edib.

Türkiyənin terror qruplaşması hesab etdiyi Suriya Demokratik Qüvvələrinə İranın dəstək vermə ehtimalı varmı, sualına H.Fidan belə cavab verib: “Əgər siz oradakı qrupa dəstək verməklə başqa ölkədə iğtişaşlar yaratmağa cəhd etsəniz, başqa bir ölkə də sizin ölkənizdəki qrupa dəstək verə bilər. O qrup da sizin ölkədə iğtişaşlar yaradar”.

9218720f-2836-4714-9315-f876eff7.jpg (79 KB)
Hakan Fidan

"İndiki dünyada heç nə gizli qala bilməz. Sənin sahib olduğun imkanlar başqalarında da var. Ona görə də öz pəncərənə daş atılmasını istəmirsənsə, başqalarının pəncərəsinə daş atmamalısan".

Bir çox analitiklər hesab edirlər ki, Hakan Fidan İranda yaşayan sayı 30 milyondan çox olan Azərbaycan türklərinə işarə edib. Şübhəsiz ki, Türkiyə və Azərbaycan əl-ələ versə, İranda zəlzələ effekti verə biləcək ixtisaslara imkan yarada bilər.
İran hökuməti rəsmi şəkildə Hakan Fidanın bu yanaşmasını “qeyri-konstruktiv” adlandırıb. Türkiyənin Tehrandakı səfiri Hicabi Kirlangic Xarici İşlər nazirliyinə çağırılıb. Buna cavab olaraq Türkiyə də oxşar addım atıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei "X" şəbəkəsində yazıb: "Türkiyə hökumətinə qarşı baş vermiş hərbi çevrilişlə etiraz edən ilk ölkə biz olduq...Biz PKK-nın tərksilah olmasını alqışlayan və qonşu ölkəmiz Türkiyədə təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım hesab edən ilk ölkələrdən olduq”...

2024100814550488183546271.jpg (178 KB)
Esmaeil Baghaei 

Ancaq rəsmi Ankara da, Tehran da etiraf edir ki, Yaxın Şərqlə bağlı bir sıra fundamental məsələlərə hər iki ölkənin son dərəcə fərqli yanaşması var. Və bu yanaşma bu ölkələr arasında gərginlik yaradır.

Buna baxmayaraq İran rəsmisi xanım Fatemeh Mohajerani deyib: "Bizim Suriya ilə bağlı Türkiyə ilə müəyyən işimiz var və ümid edirik ki, bu məsələlər ağıllı şəkildə həll olunacaq".

Türkiyə və İran əslərdir ki, regionda əsas rəqiblər qismində çıxış edirlər. Bu ölkələrin son döyüş meydanı Suriya olub.

Dekabrda Suriya prezidenti Bəşər Əsədin devrilməsi Suriyada güc dinamikasını əhəmiyyətli dərəcədə dəyişdi. Ankaranın mövqeyini gücləndi, eyni zamanda İranın təsiri heçə endi. Ancaq İran bunla barışmaq istəmir. Suriya, Livan, Fələstin, Yəmən və İraqda qeyb etdiyi əvvəlki əzəməti geri qaytarmağa çalışır...

İstinad qaynağı: https://www.middleeasteye.net/news/turkey-iran-tensions-soar-over-tehrans-ties-sdf

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

31 Mart 2025

21 Mart 2025

20 Mart 2025

18 Mart 2025

17 Mart 2025

15 Mart 2025

14 Mart 2025

13 Mart 2025

12 Mart 2025

11 Mart 2025

10 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

05 Mart 2025

04 Mart 2025

03 Mart 2025

14 Dekabr 2024

09 Dekabr 2024

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024