Onlayn ictimai-siyasi qəzet
Telegram proqramının yaradıcısı kimi tanınan rus əsilli Fransa vətəndaşı (2021) Pavel Durovun həbsi ilə bağlı Qərb mətbuatında gedən məlumatları nəzərdən keçirdim. İstisnasız olaraq hər yerdə vurğulanır ki, Teleqramın rəhbəri Azərbaycandan qayıdarkən “Le Burje” hava limanında Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib. Bu isə o deməkdir ki, Qərb jurnalistləri bu həbsə ən yüksək səviyyədə etiraz edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
“ 2018-ci ildə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Jurnalistləri Müdafiə Komitəsi” və başqaları da daxil olmaqla 26 QHT-dən ibarət qrup Rusiya məhkəməsinin “Telegram”ı bloklamaq qərarını pisləyib”.
Mariya Zaxarova dolayısı ilə onu vurğulayıb ki, o vaxt Pavel Durova görə etiraz edən və Qərbin maraqlarının ifadəçisi kimi çıxış edən təşkilatların indi səsi çıxmır.
Rusiya ilə Pavel Durov arasında niyə problem yaşanıb? Çünki Rusiya totalitar ölkədir və Telegramda senzura tətbiq etməyə çalışırdı. Məsələn, məlumdur ki, 2011-ci ilin dekabrında FSB Pavel Durova Telegramda beş icmanın fəaliyyətinin dayandırılmasını və iki görüşün qarşısını almağı təklif edib. Durov bundan imtina etdi. Bundan sonra o, Sankt-Peterburq prokurorluğuna izahat vermək üçün çağırılıb. 2013-ci ildə isə Kiyevdə Avromeydan başladı. Eyni adlı qrupun Telegramda fəaliyyətini izləmək üçün FSB məxfi materiallara giriş tələb etdi. Pavel Durov təzyiqlərə baş əysəydi Telegram ciddi itkilərlə üzləşəcəkdi. O, bunu etmədi...
Rusiyanın Telegramı təqib etməsi məntiqlidir. Ancaq özünü demokratiyanın keşikçisi elan etmiş Fransanın Telegrama qarşı hücuma keçməsi xeyli suallar yaradır. Azərbaycanın bu həbsdə adının hallanması əlbəttə, təsadüfi deyil. Düşünün ki, Bakıda səfərdə olan Vladimir Putin qalıb qıraqda, Azərbaycanın adını xüsusi ilə qabardırlar. Fransanın xüsusi xidmət orqanlarının Pavel Durovu Azərbaycana casusluq etməkdə ittiham etməsi də gözləniləndi.
Bu arada onu da qeyd edim ki, cənab Durov hələ də Rusiya vətəndaşıdır. Ona görə də Rusiyanın rəsmi orqanları bu həbslə bağlı proseslərə müvafiq olaraq müdaxilə etmək imkanına malikdir.
“Telegram Facebook, YouTube, WhatsApp, Instagram, TikTok və Wechat-dan sonra əsas sosial media platformalarından biri kimi tanınır”. BBC Telegramın beynəlxalq nüfuzu haqqında belə yazır.
Pavel Valeryeviç Durov 10 oktyabr 1984-cü ildə Leninqrad-Sankt-Peterburqda anadan olub. Onun atası rus, anası isə ukraynalıdır. Telegram Messenger-in həmtəsisçisi və baş icraçı direktoru (CEO) olan rus əsilli Fransa və Birləşmiş Ərəb Əmirliklərində sahibkarı kimi fəaliyyət göstərir.
Durov 2023-cü ildə 11,5 milyard dollar sərvəti ilə “Forbes” Milyarderlər Siyahısına daxil edilib. Onun sərvəti əsasən Telegram-a sahib olması ilə bağlıdır. Hal-hazırda Durov “Forbes”ə görə 15,5 milyard dollar sərvəti ilə dünyanın 120-ci ən varlı adamıdır. 2022-ci ildə o, “Forbes” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin ən zəngin mühaciri kimi tanınıb. 2023-cü ilin fevralında “Arabian Business” onu Dubayın ən nüfuzlu sahibkarı adlandırıb.
O, 2006-cı ildə Rusiyada məşhur olan "Vkontakte.ru" şəbəkəsini yaratdı. 2008-ci ildə 10 milyon nəfərin istifadəçisi vardı. Elə həmin il o, rəqib "Odnoklassnik"i arxada qoydu...
Məşhur “politico.eu” saytı yazır ki, onun həbsi Fransa Gömrük Departamentinə daxil olan Fırıldaqçılarla Mübarizə İdarəsinin müstəntiqləri tərəfindən həyata keçirilib. Son məlumatlara görə, o, Fransanın səlahiyyətli şəxsləri ilə əməkdaşlıqdan imtina etməkdə günahlandırılır.
Fransaya məxsus TF1 və BFM xəbər verir ki, Durovun bazar günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Bu olayda Azərbaycan üçün ən önəmli məqam ondan ibarətdir ki, Fransa Pavel Durovdan Azərbaycana qarşı ifadə ala bilərmi? Düşünmürəm, çünki Pavel Durov həyatı boyu dəfələrlə bu kimi təzyiqlərlə üzləşib. Bu qədər beynəlxalq nüfuzu və maliyyə imkanları olan birisini nəyəsə məcbur etmək o qədər də asan iş deyil...
Məncə, hazırda Azərbaycan olaraq bizi o düşündürməlidir ki, Pavel Durov məsələsindən Fransaya qarşı necə istifadə edə bilərik? Heç şübhəsiz ki, bu situasiyadan yararlanmaq lazımdır.
Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, heç Qərbdə də azad jurnalistləri sevmirlər. Ömrü həbsxanalarda keçən "WikiLeaks"in təsisçisi Culian Pol Assanj ABŞ-ın qəzəbindən hələ də qurtula bilmir...
Cənab Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: “Mən kimdənsə əmr almaqdansa, azad olmağı üstün tuturam”. Azadlığı üstün tutanları isə hətta Qərbdə də həbs edirlər...
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
25 Avqust 2024
23 Iyun 2024
22 Iyun 2024
16 Iyun 2024
10 Iyun 2024
05 Iyun 2024
25 May 2024
23 May 2024
15 May 2024
03 May 2024
02 May 2024
04 Aprel 2024
03 Aprel 2024
01 Aprel 2024
27 Mart 2024
23 Mart 2024
20 Mart 2024
17 Mart 2024
16 Mart 2024
14 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ