İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin-İsrail qarşıdurması İncil və Quranda belə əks olunub - SENSASİON DETALLAR

Yəhudiliyə görə, Yehova (İudaizmdə Tanrının 7 adından biridir. İvrit dilində olan müqəddəs mətnlərdə bu ad 6828 dəfə istifadə olunub) tərəfindən İsrail övladlarına vəd edilən torpaq Vəd edilmiş torpaqlar adlanır.

Tövratın Təkvin kitabının XV Babında belə yazılıb: "O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyyətinə (soyuna) verdim".

Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilib. Vəd edilmiş torpaqların dəqiq sərhədləri məlum olmasa da, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılıb.

QEZZA .png (1019 KB)

Yəni söhbət ondan gedir ki, İudaizmə görə, bu torpaqları Allah yəhudilərə verib və o torpaqlar yəhudilərə məxsusdur. Təkcə yəhudilərmi belə fikirləşir? Yox. Xristianlar arasında da bu düşüncə geniş yayılıb. İncilə görə də Allahın yəhudilərə vəd etdiyi torpaqlar onlara çatmalıdır. Bütün xristian dünyası bu məsələdə ona görə yəhudilərin yanındadır ki, onların dini inancı bu düşüncə üzərində qərar tutub. Yəni bir dindar xristian tərəddüd etmədən deyə bilər ki, həmin torpaqlar yəhudilərindir...

Elə Qurana görə də həmin torpaqlar yəhudilərə - yəni İbrahim övladlarına vəd olunub. İbrahim isə sıradan peyğəmbər deyil. Onu bütün peyğəmbərlərin atası adlandırırlar...

Quranda əl-Maidə surəsi/Mədinə surəsi 20 və 21-ci ayə.

• 20. Bir zamanlar Musa öz qövmünə belə demişdi: "Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.

• 21.Ey qövmüm! Allahın sizin üçün (vətən olaraq) yazdığı o müqəddəs torpağa daxil olun! Geri dönməyin, yoxsa zərər çəkmiş bir halda geri qayıtmış olarsınız.

Məşhur sünni və şiə alimləri Təbəri, Əl-Qurtubi, İbn Kəsir, İbn Əbi Zeyd, Mahmud əl-Əlusi, Əl-Bəğavi təsdiq edir ki, Qurana görə, Allah yəhudilərə Nildən Fərata qədər olan əraziləri verdi. Yəni söhbət təkcə Qüds və Fələstindən getmir. Vəd olunmuş torpaqlara Misir və İraqın böyük bir hissəsi, bütün İordaniya, Suriya və Livanı əhatə edən ərazilər daxildir.

QURAN .png (143 KB)

Özü də Quranda bu məsələ bir neçə dəfə vurğulanır. Bizim məqsədimiz çox incəliklərə varmaq deyil. Əsas olan odur ki, bu məsələ Quranda da öz əksini tapıb, İncildə də.

Hazırda vəd olunmuş torpaqlarda xeyli dövlət var. İndi bu problem necə həll olunmalıdır? Yəni biz dini mətnlərəmi istinad etməliyik, yoxsa çağdaş beynəlxalq hüquqa əsaslanmalıyıq? Şəxsən mən dini mətnlərə əsaslanmağı doğru saymıram.

Bir misal deyim. Qurandakı mətnlərə əsasən, bütün yəhudilər İslamı qəbul edib müsəlman olmalıydı. Ancaq olmadılar. Həm də fərqli dini mətnləri fərqli şəkildə təfsir etmək olar. Məsələn, Qurandakı hər hansı bir surə və ya ayə ilə bağlı fərqli yozumlar var. Hər bir alim müəyyən arqumentlərə söykənərək dini mətnə şərh verir...

Sözümün canı odur ki, bu problemin kökü çox dərindədir. Və bu problemin yaxın gələcəkdə həlli də gözlənilmir. Vəd olunmuş torpaqlar hələ çox canlar alacaq...

QEZZA.jpg (121 KB)

Bir şeyi də deyim. Dini mətnlərə inansaq, Allah o torpaqları İbrahim peyğəmbərin övladlarına vəd edib. Yəhudi ənənəsində İbrahim Avraham Avinu "atamız İbrahim" adlanır ki, bu da onun həm yəhudilərin bioloji əcdadı, həm də ilk yəhudi kimi yəhudiliyin atası olduğunu göstərir. Ümumiyyətlə, İbrahim peyğəmbər 30 millətin atası kimi də tanınır. Yəhudilər də, ərəblər də xalq olaraq öz başlanğıcını İbrahim peyğəmbərdən götürür. Yəni vəd olunmuş torpaqlara yəhudilər qədər də ərəblərin haqqı var...

Təbii ki, mövcud problemi həll etmək lazımdır. Ancaq bu işi qan tökməklə, kütləvi qətllərlə həyata keçirmək olmaz. İbrahim peyğəmbərin övladları daha ağıllı və adil olmalıdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

25 Avqust 2024

23 Iyun 2024

22 Iyun 2024

16 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

25 May 2024

23 May 2024

15 May 2024

03 May 2024

02 May 2024

04 Aprel 2024

03 Aprel 2024

01 Aprel 2024

27 Mart 2024

23 Mart 2024

20 Mart 2024

17 Mart 2024

16 Mart 2024

14 Mart 2024