Onlayn ictimai-siyasi qəzet
İrlandiyanın “thejournal.ie” saytı Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri (2021) Elin Süleymanovun müsahibəsini təqdim edib. Cənab səfir Avropa Parlamentini Azərbaycanı etnik təmizləmədə ittiham etdiyinə görə tənqid edib və Qarabağ ətrafında söhbətin tonunu “dəyişmək lazımdır” deyib.
“The Journal”a danışan səfir Elin Süleymanov parlamentin ittihamını “emosional qərar” adlandıraraq, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaş kimi işləmək istədiyini deyib: “Bizə ağıl verən, mühazirə oxuyan və barmaq tuşlayan lazım deyil”.
Sayt xatırladır ki, bu ayın əvvəlində Avropa Parlamenti Qarabağdakı vəziyyətin etnik təmizləməyə bərabər olduğunu hesab edən və “Azərbaycan ordusunun törətdiyi təhdidləri və zorakılığı” (onlar belə bir yalan və qərəzli “məlumat” uydurublar) qətiyyətlə pisləyən qətnamə qəbul edib.
Parlament həmçinin Aİ və üzv dövlətləri Qarabağdan qaçqın axını və sonrakı humanitar böhranla mübarizə aparmaq üçün Ermənistana dərhal bütün lazımi yardımı təklif etməyə çağırıb. Qətnamə lehinə 491, əleyhinə 9, bitərəf 36 səs çoxluğu ilə qəbul edilib. Sayt yazır: “Azərbaycan bu etnik təmizləmə iddiasını rədd edir, lakin səfir Süleymanov Azərbaycanın sentyabr ayında regiona hücumundan sonra ən azı 100 min insanın Dağlıq Qarabağdan qonşu Ermənistana qaçdığı fikri ilə razılaşır”.
Əminliklə demək olar ki, Elin Süleymanov belə bir şey deməyib. Bu, irlandiyalı jurnalistin öz iddiasıdır. Ümumiyyətlə, heç bir Azərbaycan səfiri keçmiş Dağlıq Qarabağı 100 mindən çox erməninin tərk etdiyini deyə bilməz. Çünki bu iddia Azərbaycan dövlətinin rəsmi mövqeyinə ciddi şəkildə ziddir. Düşünürəm ki, hörmətli Elin Süleymanov səfir kimi bu məqamın təkzib olunması üçün saytın rəhbərliyinə rəsmi şəkildə müraciət etməlidir.
Saytda o da vurğulanır ki, BMT-ın məsələyə münasibəti Avropa Parlamentinin yanaşmasından tamamilə fərqlidir. BMT rəsmisi qeyd edib ki, ermənilərin kütləvi köçü ilə bağlı heç bir zorakılıqdan danışmağa belə dəyməz. Sayt vurğulayır ki, bu ayın əvvəlində “The Journal”a danışan Ermənistanın səfiri Varuzhan Nersesyan Azərbaycanla bağlı vəziyyətin daha da pisləşmək riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti etnik ermənilərin regiona qayıtmaq hüquqlarını təmin etməyə çağırıb.
Azərbaycan ardıcıl olaraq geri qayıtmaq istəyən etnik ermənilərin hüquqlarının müdafiə olunacağını iddia edir, lakin Ermənistan bunun belə olacağına inanmır.
Elin Süleymanov deyib ki, o, Nersesyanın “emosional məyusluğunu” başa düşür və iki ölkə arasında mütləq sülh sazişinin imzalanmasına ehtiyac olduğunu düşünür: “Məqsədimiz hamımızın sülh içində yaşaya biləcəyimiz və hamımız üçün daha firavan gələcəyə doğru bir-birimizlə əməkdaşlıq edə biləcəyimiz bir bölgə yaratmaqdır”.
Cənab Süleymanov əlavə edib ki, “fundamental əhəmiyyətli sual” Ermənistan səfirinin niyə hər zaman Azərbaycanın Qarabağ bölgəsi haqqında danışmasıdır? "O, başqa heç nə haqqında danışmır",-deyə səfir bildirib.
Sayt iddia edir: “Sentyabrın 19-da Azərbaycanın ildırımsürətli hücumu nəhəng qaçqın böhranı ilə nəticələndi, o zaman Dağlıq Qarabağdakı 120 000 etnik erməninin demək olar ki, hamısı Ermənistana qaçdı”.
Saytın bu iddiasına cavab olaraq cənab Süleymanov qeyd edib ki, 1990-cı illərdə regiondan 800-900 min azərbaycanlı qovulub.
“Erməni işğalından xilas olmuş insanların əksəriyyətinin evləri dağıdılıb. Onlar zorakılıqdan, qətllərdən, hərbçilərin azğınlığından qaçırdılar. Azərbaycandan Ermənistana gedən insanlar Azərbaycan dövlətinin göstərişi ilə ərazini tərk etməyib və onları getməyə təşviq edən də olmayıb”.
Elin Süleymanov bildirib ki, hazırda Azərbaycanın istəyi odur ki, hər iki ölkə sülh sazişinə imza atsın.
Sayt qeyd edir ki, ötən həftə Ermənistan sərhədi yaxınlığında Türkiyə ilə birgə hərbi təlimlərə ev sahibliyi edən Azərbaycanla Ermənistan arasında gərginlik artmaqdadır.
Cənab Süleymanov isə bu cür təlimlərin müntəzəm keçirildiyini və Ermənistanın Fransadan müdafiə xarakterli hərbi texnika almasına işarə edərək “Azərbaycan hazır olmalıdır” deyib.
Bu arada Ermənistanın səfiri onu da bildirib ki, Azərbaycan “Ermənistan Respublikasına qarşı açıq şəkildə ərazi iddiası dilə gətirib”. Cənab Süleymanov bu fikri təkzib edərək deyib: “Unutmayın ki, Azərbaycan prezidenti və digər rəsmi şəxslər dəfələrlə təkrar edib ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi yoxdur, Ermənistana hücum etmək planımız da mövcud deyil".
Sayt bildirir ki, Azərbaycan Ermənistan sərhədi yaxınlığında təlimlərə başladığı həmin gün Türkiyə və Rusiya ilə birlikdə hər iki ölkənin nümayəndələri Qərb olmadan həll yolu tapmaq məqsədilə İranın ev sahibliyi etdiyi danışıqlarda bir araya gəldi. Gördüyünüz kimi danışıqlarda “Qərbin olmaması”na xüsusi vurğu yapılır. Çünki Qərbi narahat edən də elə budur.
Ona da diqqət çəkirlər ki, Aİ-nin ev sahibliyi etdiyi sülh danışıqları bu ayın sonunda Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən təklif edilmişdi, lakin həmin görüş hələ baş tutmayıb.
Məqalənin orjinalı burada
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
25 Avqust 2024
23 Iyun 2024
22 Iyun 2024
16 Iyun 2024
10 Iyun 2024
05 Iyun 2024
25 May 2024
23 May 2024
15 May 2024
03 May 2024
02 May 2024
04 Aprel 2024
03 Aprel 2024
01 Aprel 2024
27 Mart 2024
23 Mart 2024
20 Mart 2024
17 Mart 2024
16 Mart 2024
14 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ