İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Ermənistandan 3 şey alacaq”-Daşnak yazar Bakının yeni tələblərindən yazıb  

 

Daşnakların mətbuat orqanı olan “armenianweekly” saytında Dr. Benyamin Poqosyanın “Azerbaijan’s new shopping list” (Azərbaycanın yeni alış-veriş siyahısı) adlı məqalə ilə çıxış edib. Bu məqalədə diqqət çəkən bəzi məqamlara toxunacağıq.

Müəllif deyir ki, Azərbaycan tərəfi dünyada gedən siyasi proseslərdə balaca bir boşluq yaranan kimi, hərəkətə keçir: “2020-ci ildə 44 günlük müharibə zamanı da belə oldu, 2023-cü ildə-24 saatlıq müharibə zamanı da”. 

Benyamin Poqosyan həyasızcasına bildirir ki,  Azərbaycanın ermənilərə qarşı törətdiyi cinayətlərə dünya ictimaiyyəti adekvat reaksiya vermir. Yazır ki,  buna görə də Azərbaycan Ermənistana qarşı yeritdiyi aqressiv siyasəti davam etdirəcək.

“Azərbaycanın yeni alış-veriş siyahısı” dedikdə müəllif yaxın gələcəkdə Azərbaycanın Ermənistana qarşı ata biləcəyi addımları nəzərdə tutur.

ergergerg.jpg (36 KB)

Müəllif yazır:

 “Birinci məsələ odur ki, Nikol Paşinyan Azərbaycan ərazisini Alma-Ata sənədinə əsasən 86,600 kv.km kimi tanıyır. Bu isə o deməkdir ki, hazırda Ermənistanın nəzarətində olan Azərbaycan anklavları (söhbət 7+1 kənddən gedir) geri qaytarılmalıdır. Ümumi sahəsi 109 kv.km olan bu kəndləri Ermənistan könüllü şəkildə geri verməsə, Azərbaycan hərbi əməliyyata əl ata bilər.

İkinci məsələ isə “Zəngəzur dəhlizi” məsələsidir. Ermənistan bu məsələyə razılıq verməsə, Azərbaycan hərbi əməliyyata başlaya bilər.

Üçüncü məsələ isə “Qərbi Azərbaycan” konsepsiyasıdır. Hətta ermənilər Qarabağı tərk etdikdən sonra da Azərbaycan bu konsepsiyadan imtina etməyib. Əksinə, “Qərbi Azərbaycan” məsələsi getdikcə daha çox gündəmə daşınır”.

Daşnak yazarın fikrincə, Azərbaycan öncə Ermənistanda qalan anklavlarını geri almağa çalışacaq. Çünki bu ərazilərlə bağlı müəyyən qanuni əsaslara malikdir. Ona görə də bu məsələ ilə bağlı keçirilə biləcək hərbi əməliyyata elə bir beynəlxalq təpki olmayacaq.

Müəllif onu da vurğulayır ki, Azərbaycan sadalanan bu 3 məsələni öz xeyrinə həll etmək üçün yenə də dünyada gedən siyasi proseslərdən yarana biləcək növbəti boşluğu-pəncərəni gözləyəcək. Fürsət yaranan kimi hərəkətə keçəcək.

Bu arada isə Ermənistanın gündəlik “Hraparak” saytı yazır ki, Nikol Paşinyan yaxın ətrafına deyib ki, o, 2020-ci ilin 9 noyabrında imzalanmış Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsindən imtina etmək fikrindədir.

9-cu maddədə belə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Elə bu səbəbdən də Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılır. Bu bölmə bölgədə yük daşınmalarına nəzarət edəcək...

Bu, Rusiya üçün nə deməkdir? Yəni Rusiya Zəngəzurdan keçəcək yola nəzarət etməyəcək.

Bəs Azərbaycan üçün nə deməkdir? Yəni Zəngəzur dəhliz kimi yox, adi kommunikasiya xətti kimi çalışacaq. Həmin kommunikasiya da Ermənistanın nəzarəti altında olacaq...

Rusiya və Azərbaycan, mən hələ Türkiyəni demirəm, bununla razılaşacaqmı? Əlbəttə, yox.  Bu isə o deməkdir ki, hərbi müstəvidə gərginlik davam edəcək...

Nikol Paşinyanın bu demarşı da daşnak yazarın nə qədər haqlı olduğunu göstərir. Ona görə də Azərbaycan ipə-sapa yatmaq istəməyən Ermənistanı ram etmək üçün əlinə düşən ilk fürsətdən maksimum şəkildə istifadə edəcək. Ermənistan isə itirə-itirə getməli olacaq. Görünən odur ki, Qarabağdakı biabırçı məğlubiyyət də erməniləri ağıllandırmayıb...

 

Məqalənin orijinalı burada

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

25 Avqust 2024

23 Iyun 2024

22 Iyun 2024

16 Iyun 2024

10 Iyun 2024

05 Iyun 2024

25 May 2024

23 May 2024

15 May 2024

03 May 2024

02 May 2024

04 Aprel 2024

03 Aprel 2024

01 Aprel 2024

27 Mart 2024

23 Mart 2024

20 Mart 2024

17 Mart 2024

16 Mart 2024

14 Mart 2024