İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Ermənistan danışıqlarında niyə fasilə yaranıb? Geosiyasi qeyri-müəyyənlik...

“Müqavilənin imzalanmasına mane olan əsas amil həddindən artıq geosiyasi qeyri-müəyyənliklə bağlıdır. Bakı beynəlxalq arenada hadisələrin inkişafını nəzərə alaraq fasilə verib.

Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı, Ukraynada davam edən münaqişə və Rusiyanın regiona təsirində mümkün dəyişikliklər Azərbaycan üçün qeyri-müəyyənlik yaradır.

Bakı sazişdən maksimum qazanc əldə etməyə imkan verəcək şərtləri üçün münbit şəraitin yaranmasını istəyir. Məsələn, Azərbaycan ümid edə bilər ki, Qərbin regiona diqqətinin azalması və ya Rusiyanın mövqelərinin güclənməsi ona Ermənistan üzərində əlavə təsir rıçaqları verə bilər”.

Armine Martirosyan “jam-news.net” saytında belə yazır.

Məncə də geosiyasi qeyri-müəyyənlik Azərbaycan-Ermənistan danışıqlarına birbaşa təsir edir. Məsələn, Donald Tramp və onun administrasiyası hələ ki, Azərbaycan-Ermənistan danışıqları barədə ortaya konkret mövqe qoymayıb.

TRAMPO.jpeg (65 KB)

Trampın əsas hədəfi Ukraynadır. Ukrayna probleminin hansı şəkildə həll olunması Azərbaycan-Ermənistan danışıqlarına da ciddi təsir edəcək.

Azərbaycan tərəfi haqlı olaraq güman edir ki, Donald Tramp bu məsələdə Azərbaycanın maraqlarının təmin olunmasına daha çox üstünlük verəcək. Ən azı ona görə ki, Amerikadakı prezident seçkisinin ən qızğın çağında İlham Əliyev Trampa açıq və birmənalı şəkildə dəstək verib. O da bəllidir ki, 44 günlük müharibə məhz Donald Trampın birinci prezidentliyi dönəminin sonuna təsadüf etdi. Və Tramp II Qarabağ müharibəsinin gedişinə qətiyyən müdaxilə etmədi.

Bu dəfə də belə ola bilərmi? Hər halda bu ehtimal son dərəcə yüksəkdir. Belə olduqda isə Azərbaycan Ermənistan qarşısında olan üstünlükləri sülh müqaviləsində inikas etdirə bilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

31 Mart 2025

21 Mart 2025

20 Mart 2025

18 Mart 2025

17 Mart 2025

15 Mart 2025

14 Mart 2025

13 Mart 2025

12 Mart 2025

11 Mart 2025

10 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

05 Mart 2025

04 Mart 2025

03 Mart 2025

14 Dekabr 2024

09 Dekabr 2024

01 Oktyabr 2024

22 Sentyabr 2024

21 Sentyabr 2024

14 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024