İnsanlara hürriyət, millətlərə istiqlal!

Alın yazımız

Müqəddəs Həcc ziyarəti ərəfəsində ölkəmizdə belə hadisələrin yaşanması, əlbəttə, xoşagəlməz haldır. Bir nəfərin beş nəfər ailə üzvlərini baltalaması, başqa ərazimizdə isə məktəbli qızların alın yazısına müdaxiləsini nəzərdə tuturam. Nəticələrinə görə hələlik fərqli görünsələr də, uca millətimiz hazırda bu əhvalatın ikisini də eyni qəlibə soxubdur, mən də məcburam bu nöqtədən yanaşam. Necə deyərlər, palaza bürün, elnən sürün. Bizim el palazımızı güvələr yesə də, dəlmə-deşiyində siçanlar oynasa da, maşallah, hələ cağbacağ durur. Milli dəyərlərimiz, mentalitet adlı bu palaza hələ neçə insan leşi bürüyüb basdırmağa aparacağıq. 

Əhmədin ailəsini öldürməsi boyunda gündən-günə daha yeni, maraqlı, şok versiyalarla üzləşirik, məsələn, bugünlərdə mamlı-matan kültüroloqlarımızdan biri məhz bu cür ərz etmişdir ki, qətliamı rəhmətliklərin qahım-əqrəbası törədibdir. Mal-mülkə əl qoymaq üçün. 

Hmm. Ola bilməzmi? Bizdə hər şey ola bilər, çünki iqtisadiyyatımız güclüdür. Başqa tərəfdən, mən də iddia irəli sürə bilərəm ki, qətliamda elə kültüroloq, jurnalist və tiktokerlərimizin əli vardır, eşələməyə bundan yaxşı mövzunu harada tapardılar? Hindistanda aşan maşından və Ekvadorda banana qurd düşməyindən hər gün danışmaq olmur. 

Oxşar temada bir ingilis yumoru var: “Yaxşı reportyor yanğın yerinə yanğın başlamazdan 10 dəqiqə qabaq gəlməlidir”. 90-cı illərdə biz bir neçə dostumuzla balaca, xudmani qəzet buraxırdıq, orada deviz olaraq divara bu şüarı və əlavə olaraq da belə yazmışdıq: “Əgər yanğın olmasa, özü yandırıb gəlib xəbər verməlidir”. Allahdan qəzetimizin ömrü uzun çəkmədi, cəmi 4 nömrə buraxa bildik, yoxsa güman edirəm Bakıda salamat obyekt qalmazdı. 

İkinci əhvalatın - məktəbli qızların bir-birinin alnına pis sözlər yazıb saçını kəsməsi, yumurta çırpması və bunun videoya alınması, məncə, cızığından çıxmış pis zarafatlaşmaya daha çox bənzəyirdi. Amma hazırda ana yurdumuz elə vəziyyətə, “normaya” (zır aqillər buna kondisiya deyirlər) gətirilib ki, nəyin zarafat, nəyin ciddi olduğu bilinmir. Sərhəd itib. Dəli şeytan deyir burada da sərhədlərin bağlı qalmağının rolu var, ancaq biz ona qulaq asmayaq. 

Necə deyərlər, hamımız uşaq olmuşuq və uşaqlar arasındakı belə mövzuları bu dərəcədə şişirtməyə ehtiyac yoxdur. Amma iki gündür uşaqların şəkil və videoları açıq şəkildə mediada tirajlanır. Onlar heç elədikləri hərəkətlərin mənasını da anlamırlar. (Burada “guya böyüklərimiz qanır” sualının yeridir, yazıram). Yoxsa dünən mən çox axmaq mövqelər müşahidə elədim. Nəinki o uşaqları, məktəbi, valideynləri, yalan olmasın, bütün Bakı şəhərini cəzalandırmağı tələb edən gülməşəkər “zurnalist” və “sekspertlər” peyda olmuşdu. Biri hətta iddia edirdi ki, dövlət bizim ailə daxili bütün işlərimizə qarışmalıdır. Məlum deyil buna bu hüququ kim verib. Sənə lazımdırsa, öz ailəni dövlətə tapşır, başqalarıyla nə işin? Hətta mən o cızmaqaranı oxuduqca qorxdum ki, axırda rayonun deputatını da hadisədə günahkar biləcəkdir, Allaha şükür, yaxşı qurtardıq - deputat nədənsə yaddan çıxmışdı. Gələn videoda “kazyol” sifətində deputatı da vurğulayın. Mütləq lazımdır.  

“Şagirdləri döymək hüququ müəllimlərə verilməlidir, qaytarılmalıdır, yoxsa vəziyyət daha da pisləşəcək” - bunu isə hansısa müəllimin şərhində oxuduğum yadıma gəlir. Təbii. Hərənizə diplomun üstündə bir zopa, dəyənək verilməlidir. Gördün uşaq çaşır, qoy təpəsindən. Bununla gənc nəslin tərbiyəsi düzələcək, alın yazısı yaxşı sözlərlə yazılacaq. Hərçənd zopa böyüklərin təpəsindən əskik olmasa da, vəziyyətin yaxşılığa doğru getdiyini görmürük.  

Sonda yazının afyorizmi, yenə kinodan: “Acından belə eləyirlər”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024