Onlayn ictimai-siyasi qəzet
“The Jerusalem Post” yazır ki, Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub.
Xatırladaq ki, bu barədə dünən Musavat.com saytı da daxil, Azərbaycan mediası da yazıb.
Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür.
Nəşr xatırladır ki, İsrailin Baş Naziri Benyamin Netanyahu Knessetdəki (parlament) Azərbaycanla bağlı bəyanatından və yüksək səviyyəli ravvinlərin D.Trampa ünvanlandığı dəstək məktubundan sonra proses sürətlənib.
Rusiyanın RIA xəbər agentliyi Stiv Uitkoffun Moskvadan birbaşa Bakıya uçması barədə məlumat yayıb. Rəsmi təsdiq olunmasa da bəzi mənbələr Stiv Uitkoff-un Vladimir Putinlə gizli danışıqlar apardığını bildirir.
İsrail-Azərbaycan münasibətlərindən xəbərdar olan mənbələr deyir ki, martın 5-də Baş nazir Benyamin Netanyahunun Knessetdə ölkələr arasında üçtərəfli (ABŞ-İsrail-Azərbaycan) tərəfdaşlığı barədə verdiyi bəyanatdan sonra proses xüsusi vüsət alıb.
Bu arada yüksək rütbəli ravvinlərin prezident D. Trampa "Avraam (İbrahim) müqaviləsi"nin (ing. Abraham Accords) genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Bu önəmli məktub siyasi və diplomatik dəhlizlərdə böyük rezonans doğurub. Həmin məktub Bakıya olan xüsusi səfərə birbaşa təsir göstərib.
Bakı ABŞ və Rusiya arasında vasitəçi ola bilər.
Təxminən iki ay əvvəl Begin-Sadat Mərkəzi Bakının Vaşinqton və Moskva arasında vasitəçi ola biləcəyi ehtimalını təqdim edən mühüm mövqe sənədi dərc etdi. Nəşr Amerika və İsrail mediasında böyük diqqətə layiq görüldü və bu, cari səfərə xüsusilə məna yükləyib.
Stiv Uitkoff-un Moskvadan birbaşa Bakıya səfəri ekspertlərin Azərbaycanın qarşıdakı dövrdə qlobal diplomatiyada əsas rol oynaya biləcəyi ilə bağlı fikirlərini gücləndirir.
Qəzet məqalənin sonunda bildirir ki, diplomatik dairələr Bakıdakı hadisələri diqqətlə izləyir, adıçəkilən ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini gözləyir.
İsrail mediasındakı bu məqalə bir daha onu göstərir ki, Azərbaycan böyük oyunlarda da diqqət mərkəzində olmağı bacarır. Heç şübhəsiz ki, bu, Azərbaycanın yeritdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.
21 Mart 2025
20 Mart 2025
18 Mart 2025
17 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
08 Mart 2025
07 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
03 Mart 2025
14 Dekabr 2024
09 Dekabr 2024
01 Oktyabr 2024
22 Sentyabr 2024
21 Sentyabr 2024
14 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
25 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ