İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyan: Ermənistan üçtərəfli bəyanatdan imzasını çəkə bilməz

 

Ermənistan 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsinə baxmayaraq, imzasını geri ala bilməz.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan deyib.

“Səbəb sadədir: 9 noyabr tarixli üçtərəfli bəyanat atəşkəs elanıdırsa, Ermənistan bu sənəddən öz imzasını geri götürürsə, bu o deməkdir ki, Ermənistan tərəfi atəşkəs sənədindən birtərəfli qaydada geri çəkilir. Bu, təkcə Azərbaycan üçün savaş səbəbi doğurmayacaq, həm də sülh prosesinin Ermənistanın əli ilə iflasa uğradığının sübutu olacaq”,-deyə Zurabyan bildirib. Onun sözlərinə görə, Ermənistan tələyə düşüb, lakin bu, indiki hakimiyyətin bir çox səhvləri ucbatından baş verib.

Zurabyanın sözlərinə görə, bu gün hökumətin ətrafında olan bir çox qüvvələr və ekspertlər Ermənistanın imzasının çəkilməsində israr edir, eyni zamanda Rusiya tərəfini Sünik vasitəsilə dəhliz məsələsini canlandırmaq cəhdində suçlayırlar. Reallıqda isə bu məsələ heç vaxt gündəmdən çıxarılmayıb. Həm Rusiya, həm də Qərb onlar üçün bu dəhlizin əleyhinə deyil, yeganə məsələ ona kimin nəzarət edəcəyidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR