Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini debata çağırıb.
Musavat.com-un xəbərinə görə, Salome Zurabişvili Orbeliani sarayında keçirilən mətbuat konfransında debatla bağlı açıqlama verib.
Onun sözlərinə görə, Bidzina İvanişvili “bu ölkədən nə istədiyini” açıq şəkildə bəyan etməlidir.
“Heç kim onun həqiqətən harada olduğunu, nə istədiyini, niyə bunu istədiyini və bu ölkə ilə nə etdiyini başa düşə bilməz. Mən hazıram və onu debata dəvət edirəm. Onunla şəxsən görüşməmişəm. Özünü əsas hökmdar hesab etdiyi üçün mübahisəyə gəlsin. Mən dövlətin birinci adamıyam, gəlsin, müzakirədə həll edək”, - deyə Gürcüstan prezidenti bildirib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ