İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün Senata gizli təzyiq göstərir

Tramp administrasiyası respublikaçı senator Lindsey Qraham ilə fəal işləyir və onu Moskvaya qarşı sanksiyalarla bağlı hazırladığı qanun layihəsini əhəmiyyətli dərəcədə yumşaltmağa inandırır.

Musavat.com xəbər verir ki, bu barədə“The Wall Street Journal” qəzetində çıxan məqalədə bildirilir.

Nəşr qeyd edib ki, Ağ Evin əsas məqsədi Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır, Ukraynada davam edən hərbi əməliyyata görə Kremlı cəza tədbirləri tətbiq etmək deyil.

Son həftələrdə Ağ Ev və digər hökumət rəsmiləri Qrahamın komandası ilə qeyri-rəsmi əlaqə saxlayıb, qanun layihəsinin yumşaldılmasını tələb ediblər. “Xüsusilə, onlar prezidentə sanksiyaların obyektlərini və əsaslarını müstəqil müəyyənləşdirmək hüququ verən müddəaların əlavə edilməsini təklif edirlər, - Konqresdəki mənbələr bildiriblər.

Mənbələrin “The Wall Street Journal”a verdiyi məlumata görə, sənədi zəiflətməyin yollarından biri sanksiyaları ”etməyə borcludur” sözünü “edə bilər” kimi dəyişdirməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR