Onlayn ictimai-siyasi qəzet
İyunun 5-6-da Bakı şəhərində Rusiya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə regional müşavirə baş tutub.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, toplantıda nazir müavini Aleksandr Qruşko və Rusiyanın Qərbi və Şimali Avropa ölkələrindəki səfirləri iştirak ediblər.
Rusiya XİN-in yaydığı məlumata görə, müşavirənin əsas mövzusu Avropadakı geosiyasi vəziyyət, diplomatik fəaliyyətin əlaqələndirilməsi və ikitərəfli münasibətlər olub. Görüşdə həmçinin, gələcək xarici siyasət prioritetləri və bölgədəki vəziyyətə dair təhlillər təqdim edilib.
Ekspertlər bu tip toplantıların Rusiyanın diplomatik strategiyasında xüsusi yer tutduğunu və Azərbaycanın regional əhəmiyyətini bir daha ortaya qoyduğunu bildirirlər.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ