İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zirə" Xorvatiyada heç-heçə etdi

Azərbaycan komandası "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya "Osiyek"inin qonağı olub. Matçı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

"Zirə" hesabda geridə olsa da, matçın son dəqiqəsində bu gün 28 yaşı tamam olan Rafael Utziqin penaldidən vurduğu qol sayəsində səfərdə heç-heçə edib.

Bu cütün qalibi pley-offda “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 15-də olacaq.

8 avqust, ilk oyun

22:00. "Osiyek" (Xorvatiya) - "Zirə" (Azərbaycan) - 1:1

Qollar: A. Matkoviç, 39 (1:0), R. Utziq, 90+5-pen. (1:1)

Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan)

"Opus Arena", Xorvatiya.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR