İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı nazirləri toplaşır 

Avropa İttifaqı xarici işlər nazirləri Lüksemburqda planlaşdırılan görüşdə 19-cu anti-Rusiya sanksiyalar paketini razılaşdırmağa çalışacaqlar.

Musavat.com xəbər verir ki, nazirlər həmçinin 2026-cı ildən 2027-ci ilə qədər Ukraynaya dəstək üçün üçün Rusiya aktivlərindən istifadə ilə bağlı Avropa Komissiyasının təkliflərini müzakirə edəcəklər.

Bundan əvvəl Avropa Komissiyasının mətbuat xidməti xəbər vermişdi ki, Aİ xarici işlər nazirləri növbəti anti-Rusiya sanksiyaları paketi ilə bağlı razılığa gəlməyə çalışacaqlar. AK onlarla fiziki və hüquqi şəxsi qara siyahıya salmağı, onlarla əlavə mal kateqoriyası üzrə Rusiya ilə ticarəti və 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın alınmasını qadağan etməyi planlaşdırır. O, həmçinin Brüsselin qiymət tavanına əməl etməyərək Rusiya neftini və neft məhsullarını satış üçün bazar qiymətləri ilə daşıyan üçüncü ölkələrin bayrağı altında üzən tankerlərinə məhdudiyyətlər qoymağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR