İnsanlara hürriyət, millətlərə istiqlal!

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

İspaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Lüka Zidan "Eybar"a keçib.

"Report"un məlumatına görə, 24 yaşlı qolkiper yeni klubuna azad agent qismində transfer olunub. Səviyyəcə ikinci liqa sayılan Sequndanın təmsilçisi onunla 2 illik müqavilə bağlayıb.

L.Zidanın sonuncu klubu son 2 mövsümdə formasını geyindiyi "Rayo Valyekano" olub. O, "Rasinq" və "Real Madrid"in B komandasında da çıxış edib.

Qeyd edək ki, Lüka Zidan əfsanəvi futbolçu Zinəddin Zidanın oğludur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR