İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərçəkənlər Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası keçirdi

“Məhkəmə qarşısına çıxarılanlar, sadəcə, icraçılardır...”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin işi üzrə zərərçəkmiş kimi tanınan şəxslər keçmiş nazir Eldar Mahmudovun imarətinin qarşısında etiraz aksiyası keçirib.

Vaxtilə saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyən zərərçəkmişlər onlara vurulan ziyanın ödənilməsini tələb edirlər.

Sabiq nazirin imarəti Nardaranda bağ massivində yerləşir. Etiraz edən zərərçəkənlər ora çatanda Eldar Mahmudovun imarəti qarşısına xeyli sayda polis əməkdaşı toplaşmışdı.

Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası | | Xural qəzeti

Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.

Onlar bildiriblər ki, bu gün məhkəmə qarşısına çıxarılanlar, sadəcə, icraçılardır. Onlara qarşı törədilmiş cinayətlərin arxasında daha böyük fiqurlar dayanıb.

Etirazçılar Eldar Mahmudovun, sabiq baş prokuror Zakir Qaralov və birinci müavini Rüstəm Usubovun adlarını çəkiblər. Onlar iddia edirlər ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.

Ailəmdən alınan pulun yarısı Zakir Qaralov və Rüstəm Usubova çatıb"

Zərərçəkmişlər Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubovun da həbsini tələb ediblər.

Hazırda Bakı Hərbi Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş 3 polkovnik - şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov, eləcə də metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi gedir.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Eldar Mahmudovun evinin qarşısında ETİRAZ AKSİYASI KEÇİRİLİB

Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıblar. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR