Onlayn ictimai-siyasi qəzet
"Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko xarici liderlərlə danışıqları qeydə alıb".
Bunu Ali Radanın deputatı Aleksandr Dubinski deyib.
"Rəsmən mənim ixtiyarımda Baydenin Poroşenko ilə söhbətlərinin səs yazıları olan kasetlərin mənşəyinin araşdırılmasına dair bütün materiallar var", - parlamentari "Telegram" kanalında yazıb və müvafiq sənədləri paylaşıb.
İstintaq materiallarında bildirilir ki, şahidlər - Dövlət Təhlükəsizlik Administrasiyasının və Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətinin əməkdaşları dindiriliblər. Dubinski vurğulayıb ki, alınan ifadələrə görə, prezident Poroşenkonun kabinetinə kənardan səs yazısı aparatının daxil olması mümkün deyil, bu avadanlığı yalnız yoxlamadan keçməyən Poroşenko özü apara bilərdi.//Oxu.Az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ