İnsanlara hürriyət, millətlərə istiqlal!

Zənzibarın gizli dünyası: Cəngəlliklər, şamanlar və albinosların qorxulu taleyi - VİDEO

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 5 341 kilometr uzaqlıqda yerləşən, duru suları, keçilməz cəngəllikləri, ağ qumlu çimərlikləri, xurma ağacları və əfsanəvi Freddi Merkuri ilə məşhur olan Zənzibar haqqında danışılır. Bu diyar haqqında ilk məlumatlar X əsrə aiddir. Şirazdan gələn köçkünlər yerli əhali ilə tez assimilyasiya olsalar da, bu günə qədər buraların sakinləri özlərini "Şirazi" adlandırırlar.

İslam dinini də buralara onlar gətiriblər. Vaxtilə Şərqi Afrikanın ən böyük qul bazarı və fil sümüyü ticarəti mərkəzi olan Zənzibar daha sonra Böyük Britaniyanın hakimiyyəti altına keçib. 1964-cü ildən isə zənzibarlılar müstəqillik əldə ediblər. Burada əsas din İslamdır və əhali müxtəlif inanclara qarşı tolerantdır. Maraqlıdır ki, Zənzibarda insanlar həkimə getmək əvəzinə, daha çox şamanlara müraciət edir və müalicə alırlar.

Əgər xəstənin ritual üçün pulu yoxdursa, şamanlar ona müəyyən məlhəm və ya amulet verirlər. Zənzibarda amuletlərin hazırlanması ilə bağlı qorxulu bir hekayə var.

Dünyada albinoslar ən çox Tanzaniyada doğulurlar və şamanlar hesab edirlər ki, ən effektiv amuletlər bu piqmentsiz, ağdərili afrikalıların bədən hissələrindən hazırlanır. Buna görə də bir çox şamanlar albinos ovuna çıxaraq onları oğurlayırlar.

Deyirlər ki, albinosun əlini öz həyətində basdırsan, həmişə pulun olacaq. Burada İslam dini əsas olduğuna görə kişilərin iki qadınla ailə qurmasına icazə verilir. Kasıb və ehtiyac içində yaşamalarına baxmayaraq, bəzi kişilər dinin icazə verdiyi bu imkandan istifadə edirlər.

Birinci arvadları buna narazı olsalar da, etiraz etməyə çarələri yoxdur və çarəsizlikdən susurlar. Amma bəzi qadınlar buna etiraz etmirlər, hətta ərinin ikinci arvadına hədiyyələr verənlər də olur.

Ətraflı Baku TV-nin süjetində:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR