Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin sonunadək 40 minə yaxın keçmiş məcburi köçkün mərhələli şəkildə Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına qayıdacaq.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O xatırladıb ki, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin salınması nəzərdə tutulub:
“Cəbrayıl şəhərində artıq 712 mənzildən ibarət böyük yaşayış kompleksinin tikintisinə başlanılıb, 2 ay ərzində kompleksin bir hissəsi istifadəyə veriləcək. Bu il 712 ailə Cəbrayıla qayıdacaq”.
Dövlət başçısının xüsusi nümayəndəsi qeyd edib ki, Zəngilan və Qubadlı rayonlarında da genişmiqyaslı tikinti-bərpa işləri davam etdirilir:
“Zəngilanda 13 evdən ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb. Sakinlərin ilin sonuna qədər Zəngilana qayıtması gözlənilir. Zəngilan rayonunun Cahangirbəyli, Cəbrayıl rayonunun Xorovlu, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də işlər davam etdirilir”.
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ