Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentinin xüsusi elçisi Keyt Kelloq Ukrayna müharibəsinin yekunlaşdırılması planı ilə bağlı Trampın mövqeyi ilə razılaşmadığını bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Donald Tramp dərhal sülh müqaviləsi imzalanmasını istəyir, lakin bu, daha çətin prosesdir. Kelloq isə əksinə, əvvəlcə atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb.
“Rusiya anlayır: əgər atəşkəs başlasa, onu yenidən pozmaq asan olmayacaq. Ona görə mən əvvəlcə atəşkəs tərəfdarıyam. Prezident Tramp isə dərhal sülh istəyir. Amma bu, mürəkkəbdir”, – deyə Keyt Kelloq qeyd edib.
Musavat.com
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ