İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin son Günəş tutulması başlayıb

Bu ilin ikinci və son Günəş tutulması sentyabrın 21-də başlayıb və qismən tutulma şəklində müşahidə olunur.

Musavat.com xəbər verir ki, tutulma sentyabrın 21-i saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq — ümumilikdə 4 saat 22 dəqiqə davam edəcək. Hadisənin maksimumu sentyabrın 21-i saat 23:43:04-də qeydə alınacaq.

Bu təbii hadisə Sakit okean regionunda, Yeni Zelandiyada və Antarktidada görünəcək; Azərbaycan ərazisindən isə müşahidə olunmayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR