İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələyə səbəb olan fay xəttinin görüntüləri ÜZƏ ÇIXDI - YENİ VİDEO

Yapon alim Hidenori Vatanabe Türkiyədə baş verən Kahramanmaraş mərkəzli zəlzələnin vurduğu ziyanın və hadisəyə səbəb olan fay xəttinin peyk görüntülərini dərc edib.

(Yer qabığını yaradan lövhələrin hərəkəti nəticəsində yaranan gərilmə və toqquşmalar Yer qabığının bəzi hissələrində yüz illər boyunca enerji toplanmasına gətirib çıxarır. Bu enerji müəyyən zaman kəsimlərində ortaya çıxır. Həmin hərəkətli bölümlərə fay xətti deyilir - red.)

Musavat.com xəbər verir ki, Tokio Universitetinin professoru Hidenori Vatanabe “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra araşdırma aparıb, peyk görüntüləri ilə zəlzələ bölgəsini diqqətlə tədqiq edib.

Rəqəmsal arxivləşdirmə və informasiya texnologiyaları üzrə mütəxəssis olan Vatanabe Qaziantepin Nurdağı rayonundan İslahiye rayonuna qədər uzanan fay xəttinə baxdıqlarını qeyd edib.

Qeyd edək ki, Vatanabe ötən il rəhbərlik etdiyi komanda ilə birlikdə Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verən dağıntıların rəqəmsal xəritəsini yaratmaqla ictimaiyyətin diqqətini çəkmişdi.

Yapon alimin Türkiyədəki zəlzələ ilə bağlı paylaşdığı görüntüləri təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR